Shlømo – 6 Aprel

 Shlømo – 6 Aprel

Shlømo – Fransalı DJ, LIVE artist və musiqi prodüseri.

 

O, Taapion Records-un təsisçisi, KHIDI klubunun rezidentidir.

 

Shlømo, sürətlə inkişaf edən Fransa və ümumilikdə Avropa techno səhnəsinin ən öncül və yenilikçi artistlərindən biridir.

 

1 Mart Tbilisinin KHIDI klubunda keçirilən Boiler Room-da Regal, Imperial Black Unit və Roman kimi artistlərlə birgə çıxış etmişdir.

 

Onun trekləri Taapion ilə yanaşı Delsin, 47, Invite’s Choice və ARTS kimi leybllarda işıq üzünə çıxır.

 

Antigone, Artefakt, Donato Dozzy, Tommy Four Seven, Johannes Heil, AWB, Oscar Mulero, Norman Nodge, François X, Birth Of Frequency, Kas:st və Emmanuel kimi artistlərlə birlikdə yaddaqalan relizlərə imza atıb.

 

KHIDI, Griessmuehle, Concrete, Perron, Berghain kimi techno institutlarında öz dəsti-xəttini sərgiləyərək möhürünü qoymuş, Wrong Assessment, Blawan, Etapp Kyle, Umwelt, Zenker Brothers, Shifted, SHXCXCHCXSH, Ron Morelli, Function, Keith Carnal, Ben Klock, Ancient Methods və I Hate Models kimi artislərlə eyni səhnəni paylaşmışdır.

Shlømo

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir