“The Bra” filminin nümayişi olacaq

 “The Bra” filminin nümayişi olacaq

THE BRA – feature film by Veit Helmer

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı çərçivəsində “The Bra” filminin nümayişi baş tutacaq. Bu barədə VarYox-a Goethe Institut xəbər verib.

 

Gürcüstan və Azərbaycanda çəkilmiş filmin rejissoru Veit Helmerdir. Almaniyanın birinci kanalı ARD və Almaniya hökumətinin BKM Mədəniyyət Film Fondu tərəfindən dəstəklənən filmdə baş rollarda Miki Manoyloviç, Çulplan Xamatova, Paz Veqa, Denis Lavant və Bakının Şanxay bölgəsindən olan İsmayıl Quluzadə adında bir gənc çəkilib. Filmdə həmçinin Kazım Abdullayev, Günəş Mehdizadə, Hacı İsmayılov, Xumar Səlimova, Mətanət Atakişiyeva və Sevinc Əliyeva çəkiliblər.

 

Film, 29 yanvar, çərşənbə axşamı 18:30-da, Nizami Kino Mərkəzində (Bül-bül pr, 20) nümayiş olunacaq. Giriş sərbəstdir, “yerlər tez gələn birinci əyləşəcək qaydası” ilə tutulacaq. Mükafatlandırma mərasimində iştirak isə dəvətnamə ilə olacaq.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir