Avqustun 31-dək pulsuz şəkildə vizual layihənizə dəstək olaraq ən ilhamlandırıcı foto ideya üzrə Beynəlxalq Fotoqrafiya Qrantı mükafatının qalibi olmaq üçün müraciət edə bilərsiniz!

İştirak etmək  üçün kreativ, sənədli, mənzərə, portret və səyahət adlı nominasiyalardan birinə, mövzu olaraq davamedici bir layihə olması şərtilə 10 foto təqdim etmək lazımdır. Hər bir iştirakçı yalnız bir dəfə müraciət edə bilər. Layihənin izahı üçün istifadə olunan sözlərin sayı 50-dən az olmamalıdır. Layihənin adı və onu izah edən məktub ingilis dilində olmalıdır.

Fotolarla bağlı texniki tələblər:

  • JPG formatında
  • Uzun tərəfi 1100 piksel ölçüdə
  • Filiqran, imza və çərçivələrə (çərçivənin təsvirin ayrılmaz hissəsi olduğu polaroid və digər bənzər fotolar istisna olmaqla) icazə verilmir.
  • Diptiks, triptiks, kollajların və s. istifadəsinə incəsənət baxımından istifadəsi əsaslandırıldıqda və layihənin konseptini pozmadığı təqdirdə icazə verilir.

Qalib 1000 ABŞ dolları həcmində qrant alacaq (pullar PayPal ilə köçürülür), finalçılar iştirak sertifikatı alacaq.

Müsabiqə üçün müraciət ətMüsabiqə üçün müraciət ət
SHAN SHUI © Sébastien Tixier & Raphaël Bourelly
SHAN SHUI © Sébastien Tixier & Raphaël Bourelly
Tags: