Bella Sarris – 26 Yanvar

 Bella Sarris – 26 Yanvar

Hər şey həqiqətən çox tez başladı. Bella öz şəhəri Sidneydəki elektronik musiqi festivalına qoşulanda hələ 15 yaşı vardı. Sadəcə musiqini dadmaq istəyirdi amma qızğın marağının sonda daha böyük bir rəqs meydançasına aparacağını bilməzdi – İbiza adasına, daha doğrusu “Space Terrace”a. Məhz burada o əmin oldu ki, DJ masasının əks tərəfində olmaq istəyir. Məhz bu rəqs meydançasında bu fikrə gəldi ki, öz yaşadığı təcrübəni başqalarına da yaşatsın. Beləliklə, çox keçmədən miksinq vasitəsilə özünüifadə üçün özünütəhsilə başlayır.

 

Rəqs meydançasına olan heyranlığı musiqi təcrübəsinə olan aclığı ona dünyanı gəzdirdi və tezliklə böyüklərlə oynamağı öyrətdi. ENTER-dəki 2 illik rezidensiyası ilə yanaşı o daim özünütəhsilə davam edir, öz həmkarlarından və onların hökm etdiyi rəqs səhnələrindən öyrənir. Öz ətraf-mühitinin tələbəsi olmaqla yanaşı, onun musiqisi yaş və təcrübə qazandıqca inkişaf edir və öz setlərindən müvafiq enerjini ötürməyə çalışır.

 

Janrların sərhədlərinin bulanıqlaşdığı və bir-birinə qarışdığı bu günlərdə onun miks stilinin də özü kimi qanun və ya qadağaları yoxdur. Bellanı və ya onun saundunu bir qutuya sığışdırmaq mümkün deyil. İkisinin də uzaqlara və genişliyə can atmağı üçün azad olmağına ehtiyacı var. Musiqi biliyi kimi hördüyü ritm toru da daim inkişafdadır.

 

Rəqs etməyəndə, təyyarədə və ya hava limanında olmayan vaxtlarında Berlində yaşayır və günlərini yeni mikslərini bir növ heykəltaraş kimi işləyib hazırlayır. Yeni, nisbətən kiçik bir butik agentliyin bir hissəsi olmaq qərarı “başını buraxmamaq” istəyindən gəlir. Öz dostları ilə yaxından işləmək imkanı ona müstəqillik və seçim azadlığı verdiyi üçün öz musiqi istiqamətinə də rahat yön verə bilir. O, artıq qurulmuş bir ailədənsə kiçik, disfunksional lakin qəbullanıcı bir ailə üzvü olmağı seçərdi.

 

Bella hüdudsuz bir mühitdə formalaşır. Ta səhnəyə ilk atıldığı gündən auditoriyanı dinləyib reaksiyanı müşahidə edərək öz musiqisinə həmin intensivliyi tətbiq edir. Həyəcanlı yaradıcılıq yolunu bu dəfə Bakıdan salan Bella Sarris 26 Yanvarda Sektor_8 səhnəsində öz yerini alacaq!

Bella Sarris

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir