Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür

18 sentyabr 1885 – 23 noyabr 1948

Üzeyir Hacıbəyov görkəmli bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisidir. 1920-ci ildə bəstəkarın adı güllələnəcək 59 nəfərin siyahısına salınır. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlov və Nəriman Nərimanovun səyi nəticəsində siyahı ləğv edilir və bəstəkarın adı siyahıdan çıxarılır.

Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığında, məqalələrində “Ü”, “Filankəs”, “Behmankəs” imzalarından istifadə edərdi. O, Azərbaycan musiqisi tarixində 300-dən çox xalq mahnısını nota alan ilk adam olub. Azərbaycan dilində milli opera yaradarkən qardaşları Zülfüqar Hacıbəyov və Ceyhun Hacıbəyli, seminariya dostları, dövrün maarifçi ziyalıları, azərbaycanlı artistlər Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əbdürrəhimbəy Haqverdiyev, Hənəfi Terequlov və başqaları ona yaxından kömək edib.

Ü.Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonradan texnikum) təşkil etmişdir. O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk “Azərbaycan türk el nəğmələri” məcmuəsini nəşr etdirib. 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestrin banisi də Üzeyir Hacıbəyovdur.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir