Əkbər Buludlar milli mentalitet söhbətini xırdalamağa davam edir. Bu səfər, keçən buraxılışı davam etdirərək, o, bizim zamana münasibətimiz barədə danışacaq. Zehniyyətimiz daha çox keçmişə, indiki zamana yoxsa gələcəyə yönəlibdir? Arxaik və modern temporallıqlar nədir? Bunlar, Orxan Zeynallının, Elşad Xosenin, Əlixan Rəcəbovun və başqalarının yaradıcılığına istinadlar və başqa maraqlı məqamlar "Yüngülvari fəlsəfə" podkastının növbəti Ətraflı bax
Bu yaxınlarda Orxan Zeynallının paylaşdığı '40-cı Paralel' treki milli mentalitetimiz haqqında nə deyə bilər? Mahnın sözlərini xırdalayanda hansı mənalar ortaya çıxır? Mahnıdakı nostalji, lirik qəhrəmanla Bakı surətinin münasibətləri, iki fərqli temporallıq və daha ötəsi barədə Əkbər Buludların "Yüngülvari fəlsəfə" podkastının növbəti buraxılışından dinləyin.Ətraflı bax
Əkbər Buludlar bu səfər açıqfikirlilik barəsində danışır. Açıqfikirli olmaq necə bir şeydi? Bizi idarə edən və fikrimizi bağlayan mental iyerarxiyalar hansılardı? Təəccüb və şübhə bizi necə əsl filosof edir? Mentalitet arxeologiyasının növbəti qatı haqqında podkastı dinləyin. Ətraflı bax
Cəlil Məmmədquluzadə və Qaraqan - bu bir-birinə aidiyyatı olmayan iki adı əslində nə birləşdirir? "Artıq insan" kimdir? Kimlər artıqdır? Əkbər Buludların növbəti maraqlı podkastını dinləyin, beyniniz açılsın. Ətraflı bax
Əkbər Buludlar postmodern düşüncə sisteminə giriş edir - müəlliflərin və metanarrativlərin ölümünü araşdırır. Bəs bunlardan açıqfikirlilik yaranırmı? İncəsənət başa düşülən olmalıdırmı? Müəllif diktator olmalıdırmı? Bütün sualların cavabı yeni podkastımızda.Ətraflı bax
Əkbər Buludların "Nizami qrş Axundov" seriyasından növbəti podkastını təqdim edirik - diskurs anlayışı nədir, premodern Nizaminin yerini niyə modern Axundova güzəştə getməliyik və ümumiyyətlə Axundovun modernliyi nədədir? Ətraflı bax
Əkbər Buludlar son günlərin ən çox danışılan mövzularından Nizami və yaradıcılığı, onun Azərbaycan milli obrazlar sistemində yerini müzakirə edir. Nizamini niyə öldürməliyik? Podkastımızı dinləyin!Ətraflı bax
Əkbər Buludlar Əhməd bəy Ağaoğlunun əxlaq barədə fikirlərini müzakirə etməyə davam edir. Əxlaq nə zaman işləyir? Əhməd bəy əxlaqsızlığa və hiyləgərliyə necə baxırdı? Avropa mədəniyyəti niyə üstündür? Hamısını yeni podkastımızda dinləyin!Ətraflı bax