Cəlil Məmmədquluzadə və Qaraqan: Artıq İnsan
Bu podkastda həm Cəlil Məmmədquluzadənin, həm də Qaraqanın yaradıcılığında rast gəlinən Azərbaycan cəmiyyətindəki artıq insan tipajı müzakirə olunacaq. İlk öncə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefli İskəndər qəhrəmanının artıq insan tipi olmasını aşkara çıxaracağıq. Sonra da Qaraqanın üç, fərqli dövrlərə aid mahnılarında təsvir olunan lirik qəhrəmanın niyə artıq insan olmasına baxacağıq. Sonda bu ikisini ortaya gətirib Azərbaycan cəmiyyəti kimi cəmiyyətdə niyə artıq insan tipi yarandığı barədə düşünəcəyik.
Əkbər Buludlar yazar və podkasterdir. “Onun Amerikası” kitabının müəllifidir.