Narkoloji dispanserdə yoqa terapiyası

Şərq fəlsəfəsi əsrlər boyu insanlardan gizlin qalıb. Taoizm, Buddizm və Caynizm kimi təlimlərin Qərb dünyasından uzaqlığı və daha çox spiritual olmasına görə populyarlaşmağı çox uzun zaman çəkib. XX əsrin ortalarında isə qərbə ayaq açıb. Əsasən meditasiya üzərində təkmilləşmiş yoqa uzun əsrlərdən sonra artıq təkcə şərqin ənənəsi deyil, həm də bütün dünyada rahatlıq və sakitliyə gedən yol kimi görülür.

Müsahiblərimiz Lesli Qrey və Əmirə Mənsurdur. Onlar uzun müddətdir ki, yoqa təlimi ilə məşğuldurlar amma buna fərqli bir aspektdən yanaşırlar – asılılıqlardan qurtulmaq üçün yoqanı məsləhət görürlər. Lesli özü şəxsən 8 ildir ki, yoqa təlimçisidir. Leslinin sözlərinə görə yoqa hər cür insana kömək edə bilər – stresli, depressiyalı və ya sadəcə kədərli. Meditasiya və bədənimizlə yenidən əlaqədə olmaq, hətta sadəcə nəfəs alıb-vermək belə bizə ilk addımı atmağa kömək edə bilər. Yoqa təlimçilərinin sözlərinə görə asılılıqlar bizim bədənimizdə özlərinə yer edir və biz bu asılılıqlardan qurtulmaq istərkən özlərindən sonra bir boşluq qoyurlar. Yoqa bu boşluğu əvəzləmək üçün əla vasitədir, ən azından başqalarına zərər vermir.

“Mədəni Niyyət”in yeni layihəsi ilə tanış olun – yoqa təlimi və onun vasitəsilə asılılıqlardan qurtulmağa çalışmaq, reabilitasiyadan uğurla keçmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya etməsinə dəstək olmaq əsas məqsədimiz olacaq!

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir