Aqil Abdullayev

Yeni parlayan konseptual video və instalyasiya sənətkarı Aqil Abdullayev özünü Azərbaycanda ən maraqlı sənətkarlardan biri kimi doğruldub. Bakıda doğulub böyüyən Aqil, universitetdə kompüter mühəndisliyi üzrə təhsil alarkən hobbi kimi rəssamlıqla məşğul olur. Fikir və emosiyalarını araşdırmaq üçün başladılan bu təşəbbüs daha ciddi bir şeyə çevrilir və 2014-cü ildə Böyük Britaniyanın Nottinqem Trent Universitetində təsviri incəsənət üzrə bakalavr pilləsinə yiyələnmək qərarına gəlir. Məhz universitetdə Birləşmiş Krallıqda olduğu müddət ərzində rastlaşdığı qərb dünyasının çətinlik və ziddiyətlərini, həmçinin bu fərqli kontekst daxilində öz identikliyini araşdırmaq məqsədi ilə fəaliyyətini genişləndirərək, sosial şəbəkələrin, filmlərin və instalyasiyaların vasitəsi ilə incəsənətin yeni sahələrinə müraciət edir. Bu fəaliyyət nəticəsində Aqil bir sıra cəlbedici və uzunmüddətli layihələrə imza atır və kulminasiya olaraq video-art sahəsində əsərlər, o cümlədən 2018-ci ildə gənc rəssamlar üçün təşkil edilən nüfuzlu Liverpul biennalında nümayiş etdirilən, 2018-ci ilin dekabrında isə Cənubi London qalereyasına göndərilən “Rocking My Gucci (2017)” əsərini yaradır. Bundan əlavə, Aqil 2018-ci ilin noyabr ayında Bakının ARTIM qalereyasında “Çəhrayı gələcəyin utancaq oğlanı” adlı fərdi sərgisini təqdim edir. Burada o, müxtəlif video işləri və multimedia instalyasiyalarını nümayiş etdirməklə sosial şəbəkələrin Azərbaycan ictimaiyyətinə və müasir identikliyə təsirini araşdırmışdır. Aqilin işləri Azərbaycanda, Birləşmiş Krallıqda, bundan əlavə canlı efirdə nümayiş etdirilib. Artıq iki canlı incəsənət rezidentliyindən keçmiş sənətkar isə hal-hazırda Bakıda YARAT-ın rezidentidir.

 

Aqilin yaradıcılığı, əsas olaraq, Şərq və Qafqaz mədəniyyətinin necə ictimai və mədəni amillərin təsirinə necə düşməsi və insanların, necə onları əhatə edən əşyaların (həm “onlayn”, həm də real həyatda) vasitəsi ilə formalaşması ilə bağlıdır. Mübarizə apardığı ideyaları və məsələləri ifadə etmək üçün o, tez-tez əsərlərində alter-eqolar və uydurulmuş personajlar yaradır. Personajları ilə bağlı araşdırma yaratmaq üçün isə ona zaman lazımdır – çünki onların hər birinin kim olduğunu və onun konseptual düşüncələrinə nə qədər uyğun olduqlarının tam başa düşmək üçün 1 il tədqiqat tələb edilir. Onun bütün araşdırmaları və yaradıcılığı hər personajı sayəsində yaranan müxtəlif əsərlər silsiləsi ilə nəticələnir. Məsələn, Aqilin “Rocking My Gucci (2017)” video əsərində gənc insan internetdə onlayn virtual şəxsiyyət yaradaraq, özü barəsində həqiqi məlumatı bölüşmək əvəzinə, onu izləyənlərin görmək istədikləri kontenti təqdim edir. Bu əsərlə Abdullayev, fasiləsiz onlayn-həyat aparmağın necə çətin olduğunu vurğulamaq istəyir. Əsərlərindəki personajlarının rolunu oynamaqla Aqil identiklik və reallıq, rəssam və obraz arasında sərhədləri daha da seçilməz edir. Bu personajlar tez-tez onun videolarında monoloqlar, müsahibələr, təsvirlər və videokliplər vasitəsi ilə peyda olaraq, bizə dərs olmaq üçün metafora kimi öz həyatlarının fərqli aspektlərini bir araya gətirir. Aqilin yaradıcılığının verdiyi ən mühüm tövhə sosial medianın məkan, identiklik və kapitalizm maneələrini yox etməsini təhlil etməkdən ibarətdir. Buna baxmayaraq, əsərlərində göstərdiyi kimi, hal-hazırda onlayn icmalar var-dövlət, əlverişlilik və nüfuz ilə bağlı yeni maneələri gözdən keçirirlər.

 

İnternet ikonoqrafiyasını çox yaxşı bacaran Aqil, virtual identikliyin bizim və öz barəmizdə təəssüratlarımız üçün nə məna kəsb etdiyini araşdırmaq üçün memlərdən istifadə edir. Onun hazırki yaradıcılığı Azərbaycan ictimaiyyətinin özünə necə təsir etdiyini, həmçinin bunun müsbət və mənfi təzahürlərini araşdırır. Onun incəsənəti çox vaxt nikbindir – sənətkar öz əsərlərində bizə ümid və yumor anları bəxş edir. ARTIM qalereyasında baş tutan “Çəhrayı şəhər” (2018) sərgisi üçün təqdim etdiyi videosunda, getdikcə tənhalaşan qlobal kapitalist cəmiyyət nəticəsində yaranan qorxu və qətiyyətsizliyi dəf etməyin yollarını təklif edir. Aqil bizdən öz xoşbəxtliyimizi və potensialımızı (adətən sosial media çərçivəsində, dəstək və ilhamdan çox, alçaldılmağa və tənqidə yönəlmiş potensial düşüncələrimizi) reallaşdıra biləcəyimiz bir yeri təsəvvür və izah etməyi xahiş edir.

Aqil Abdullayev
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir