Aytac Bekmemmedova – Mənim adım Həmidədir

 Aytac Bekmemmedova – Mənim adım Həmidədir

Aytac Bekmemmedova sərbəst fotoqraf və videoqraf kimi işləyir. Bakı Jurnalistika Məktəbinin məzunudur. Bununla yanaşı, jurnalistika və vətəndaş jurnalistikası, foto və videoqrafiya kurslarını bitirib. Gender bərabərliyi, cinsi və reproduktiv sağlamlıq və hüquqların şüurlandırılmasına, eləcə də sülh quruculuğu və münaqişə mövzularına foksulanan “Y-PEER Azərbaycan” şəbəkəsinin üzvüdür. 2018-ci ildə “Y-PEER Azərbaycan”ın rəhbərlik etdiyi “FilmAct – Dəyişiklik üçün Çək” layihəsinin həyata keçirilməsində iştirak edib. Üstəlik, sözügedən layihə çərçivəsində hazırlanan və “Qara Quzu” adlanan qısametrajlı filmin müəllifi olub. 2019-cu ildə “Rights Reframed: Media Advocacy Mentorship Program”da iştirak edərək mövzusu din azadlığı olan film təqdim edib. 2019-cu ildə “Tbilisi Videoguest Program” çərçivəsində video və fototəlimlərin iştirakçısı olub. Bu il isə “Multimedia Lab Production Grant Program for South Caucasus Female Photographers May-October 2020” proqramında “Mənim adım Həmidədir” layihəsini təqdim edib.

Bu layihə bir qadının timsalında onun məruz qaldığı görünməzləşdirilmiş zorakılığın hekayəsidir. Fotolar bu hekayədəki  basdırılmış hissləri kiçik hekayələrin müşaiyəti ilə ifadə edir. Həm qadınların basdırılmış  hisslərinin siyahıda ən son olmasına etirazdır, həm də qadınların məruz qaldığı zorakılığın tam portretidir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir