Eldar Əkbərov

Bakılı fotoqraf Eldar Əkbərovun fəaliyyəti həyatın emosional və məkanlara bağlı qatlarını araşdırmaqdan ibarətdir. Karyerasına memar kimi başlayan Eldar fotoqraf təcrübəsinə 2010-cu ildə başlayaraq qısa zamanda çəkdiyi obyektlərə qarşı həssaslığı və unikal vizual üslubu sayəsində fotoqraflar arasında hörmət qazanır. Onun əsərləri dünya səviyyəsində tanınıb, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Avstriya və ABŞ kimi ölkələrdə sərgilənib. Bakıda isə o, müxtəlif sərgilərdə, o cümlədən 2016-cı ildə Müasir İncəsənət Muzeyində rəssam və kurator Səbinə Şıxlinskaya ilə birgə “Daça” adlı sərgidə iştirak edib. Burada fotoqrafın Abşeron yarımadasındakı kimsəsiz sahilyanı yay istirahət zonalarını əks etdirən şəkilləri sərgilənib. Həmin ildə Eldar Yaratın ARTIM Layihə Məkanında “Parlayan odların gözündə” adlı qrup şousuna qatılır. Onun Abşeron sahilləri ilə bağlı şəkilləri 2017-ci ildə Nataşa Şile və Anton Vilnöv tərəfindən “Listening in the End Times” adlı elektronik musiqi ilə bağlı Sonospace layihəsində istifadə edilmişdir. Eldarın 2014-cü ildə dərc edilmiş Déjà vu adlı fotokitabı var. 2015-ci ildə o, Azərbaycan Fotoqraflar Birliyinin təsis etdiyi İlin fotoqrafı mükafatına layiq görülür, 2016-cı ildə isə Gürcüstanda keçirilən prestijli Kolqa Tbilisi Foto festivalının mükafata namizədlər siyahısında yer alıb.  Xaricdə o, 2014 və 2016-cı illərdə Moskvada keçirilən Küçə Fotoqrafiyası Festivalına təqdim etdiyi əl işləri sayəsində tanınır. Bu yaxınlarda, 2019-cu ilin yanvar ayında, xeyriyyə məqsədilə ilə əldə olunan oyuncaqları aztəminatlı ailələrdəki uşaqlara təqdim edən “Santa Klaus” layihəsinin sənədləşdirilməsi üçün seçilən fotoqraflardan biri kimi, Eldar Əkbərov Camping Azərbaycan təşkilatı ilə birgə ölkəmizin şimalında yerləşən ucqar dağ kəndlərinə səyahət edir. Bu səfər çərçivəsində çəkilən şəkillər isə sonra ARTIM Layihə Məkanında sərgilənir.

 

Həm lentli, həm də rəqəmsal kameralardan istifadə edərək, Eldar əşyalarla onların yerləşdiyi məkanlar arasındakı münasibətləri çəkir və bununla memarlıq təcrübəsinin onun yaradıcılığına təsir etdiyini sezdirir. Onun 2016-cı ildə Kolqa Tbilisi Festivalında sərgilənən “Vəziyyətlərin estetikası” layihəsi insanın kövrəkliyi və bizim təbiətlə münasibətimizə aid xəyali meditasiyadan ibarətdir. Bu seriyalarda, o soba, boru xətti və ya xarab mühərrik kimi, insan tərəfindən yaradılan obyektləri, ətraflarındakı məkandan təcrid olunmuş şəkildə çəkərək onları təbiət aləmi ilə müqayisə edir. Burada obyektlə mühit arasındakı dislokasiya onun yadlığını vurğulayır; beləliklə Eldar bu unudulmuş əşyaları incəsənət instalyasiyasına çevirir. Lakin, eyni zamanda, onlar bəşəriyyətin dayanmadan artan uzaqlaşmasını və texnologiyanın təbiətdən nə qədər uzaq məsafədə olmasının metaforu kimi izah edilə bilər. Onlar incəsənət üçün səmərələliyini itiriblər, lal-dinməz olublar və sadəcə təsadüfi izləyicilər tərəfindən müşahidə olunmaq üçün mövcuddurlar. Buna baxmayaraq, onun yaradıcılığı, həmçinin insana həyatının ətraf mühitə bağışladığı silinməz təəsüratı əks etdirərək, həyatın dövri keyfiyyətini vurğulayır. Kiyev və Vyanada sərgilədiyi “Mövsümarası” seriyalarında o yenidən diqqətini çəkdiyi obyektlərin arasındakı və ətrafındakı məkanda cəmləşdirərək onlara emosional rezonans bəxş edir. Onun kimsəsiz çimərlik kurortları ilə bağlı obrazları öz nostalgiyası ilə heyrətləndirir – onlar artıq geridə qalmış daha xoşbəxt zamanlar, həmçinin ailələr və dostlar arasındakı bağlardan bəhs edir. Onun yaradıcılığındakı bu vəsf xəttini, Abşeron yarımadasının kimsəsiz bölgələrinin lentə alınması ilə bağlı daha sonrakı işlərində də sezmək olur. Təcrübəsi inkişaf etdikcə o obyektlər və məkanlar vasitəsi ilə diqqətini ictimai həyatın xırdalıqlarında cəmləşdirməyə davam edir. Gündəlik təmasların insanlığını vurğulamaq üçün Eldar işıq, kölgə və zəngin çalarlardan istifafə edir.

Eldar Əkbərov

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir