Emin Mathers 1990-cı ildə Bakıda anadan olub. 2009-cu ildən bəri, Memarlıq və İnşaat Universitetində son kursda oxuyarkən, müşahidələrini mübadilə etmək vasitəsi kimi fotoqrafiya ilə məşğul olmağa başlayır. Həmin andan fotoqrafiya Emin üçün həyatın reallığını araşdırılmasına yönəlmiş səyahətə çevrilir. Qeyd etmək lazımdır ki, peşəkar vaxtaşırı incəsənətin illüstrasiya, videoart və işıq instalyasiyası kimi sahələrinə də baş vurur.
Yerli fotoqrafiya sahəsinə tövhə vermək məqsədi ilə E.Mathers Şərəf Nağıyeva ilə birgə “f 3.7 union” adlı fotoqraflar birliyini təsis edir. Burada onlar onlayn-sərgilər və fotoqrafiya icmalları və s. tədbirlər təşkil edirlər. Hal-hazırda Emin səyyar fotoqrafçılıqla məşğul olur. Bu yaxınlarda “Vitebsk vağzalında bədr gecəsi” jurnalı işıq üzü görən E.Maters daha iki kitab dərc etməyə hazırlaşır.
Bu Sankt-Peterburqun ilk dəmir yolu vağzalındakı bədr gecəsi son qatarın yola düşməsi haqqında bir hekayədir. 1837-ci ildə inşa edilən bu stansiyanın platformalarında insanlar görüşür və ayrılır. Stansiyanın işçiləri hər gün bir parçasını evində tərk edərək uzaqlara gedən yüzlərlə insanı yola salır. “Hansısa anı həqiqətən yaşadığımın bariz sübutu olan fotoqrafiya mənə səmimi vizual təcrübə yığıb paylaşmağa imkan yaradır.”- deyə Emin vurğulayır.
Emin həm də astronomiya ilə maraqlanır, bu da onun NOVA III adlı layihəsini həyata keçirməsilə nəticələnib.
“Kosmik mövzuya olan marağım NOVA III layihəsinin yaranmasına səbəb oldu. Bununla mən astronomiyaya, gələcək nəsilləri bu elmi araşdırmağa ruhlandırmaq üçün bir töhfə verə bilərəm. Dərin düşünsək, hər birimiz anlayırıq ki, hər şey və hətta elm də ətrafımızı izah etməyə çalışan insanlığın kollektiv təsəvvüründən başqa bir şey deyildir. Astronomiya tamamilə fərqli ölçülərlə bağlı böyük bir hekayədir. Təsəvvür dünyamıza maddi sübutlar tapmaq üçün çoxlu vasitələr yaratmışıq.
Bu çərçivələrdə əsas vasitə kimi teleskopdan istifadə etdim. Teleskopdan baxan hər kəs ulduz və planet kimi cisimləri görmək üçün onu göyə yönəltəndə daha çox görünüşlərə diqqət yetirir. Lakin teleskop başqa bir yönə yönləndirilmiş olsa belə, o diqqətli şəkildə ətrafa detallı baxan uşaq deyil.. Başqa bir baxımdan müşahidə etmək tamamilə yeni kainata yol açır.”