Emin Mathers

 Emin Mathers

Emin Mathers 1990-cı ildə Bakıda anadan olub. 2009-cu ildən bəri, Memarlıq və İnşaat Universitetində son kursda oxuyarkən, müşahidələrini mübadilə etmək vasitəsi kimi fotoqrafiya ilə məşğul olmağa başlayır. Həmin andan fotoqrafiya Emin üçün həyatın reallığını araşdırılmasına yönəlmiş səyahətə çevrilir. Qeyd etmək lazımdır ki, peşəkar vaxtaşırı incəsənətin illüstrasiya, videoart və işıq instalyasiyası kimi sahələrinə də baş vurur.

 

Yerli fotoqrafiya sahəsinə tövhə vermək məqsədi ilə E.Mathers Şərəf Nağıyeva ilə birgə “f 3.7 union” adlı fotoqraflar birliyini təsis edir. Burada onlar onlayn-sərgilər və fotoqrafiya icmalları və s. tədbirlər təşkil edirlər. Hal-hazırda Emin səyyar fotoqrafçılıqla məşğul olur. Bu yaxınlarda “Vitebsk vağzalında bədr gecəsi” jurnalı işıq üzü görən E.Maters daha iki kitab dərc etməyə hazırlaşır.

 

Bu Sankt-Peterburqun ilk dəmir yolu vağzalındakı bədr gecəsi son qatarın yola düşməsi haqqında bir hekayədir. 1837-ci ildə inşa edilən bu stansiyanın platformalarında insanlar görüşür və ayrılır. Stansiyanın işçiləri hər gün bir parçasını evində tərk edərək uzaqlara gedən yüzlərlə insanı yola salır.  “Hansısa anı həqiqətən yaşadığımın bariz sübutu olan fotoqrafiya mənə səmimi vizual təcrübə yığıb paylaşmağa imkan yaradır.”- deyə Emin vurğulayır.

Emin həm də astronomiya ilə maraqlanır, bu da onun NOVA  III adlı layihəsini həyata keçirməsilə nəticələnib.

“Kosmik mövzuya olan marağım NOVA III layihəsinin yaranmasına səbəb oldu. Bununla mən astronomiyaya, gələcək nəsilləri bu elmi araşdırmağa ruhlandırmaq üçün bir töhfə verə bilərəm. Dərin düşünsək, hər birimiz anlayırıq ki, hər şey və hətta elm də ətrafımızı izah etməyə çalışan insanlığın kollektiv təsəvvüründən başqa bir şey deyildir. Astronomiya tamamilə fərqli ölçülərlə  bağlı böyük bir hekayədir. Təsəvvür dünyamıza maddi sübutlar tapmaq üçün çoxlu vasitələr yaratmışıq.

Bu çərçivələrdə əsas vasitə kimi teleskopdan istifadə etdim. Teleskopdan baxan hər kəs ulduz və planet kimi cisimləri görmək üçün onu göyə yönəltəndə daha çox görünüşlərə diqqət yetirir. Lakin teleskop başqa bir yönə yönləndirilmiş olsa belə, o diqqətli şəkildə ətrafa detallı baxan uşaq deyil.. Başqa bir baxımdan müşahidə etmək tamamilə yeni kainata yol açır.”

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir