Gəncə VarYoxun obyektivində

11 və 17 Oktyabr tarixlərində Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə Ermənistan tərəfindən törədilmiş terror nəticəsində ümumilikdə 23 nəfər həlak olmuş, 82 nəfər yaralanmışdır. Qeyd edək ki, Gəncə şəhəri Azərbaycan və Ermənistan arasında davam edən müharibənin əhatələdiyi ərazidən 80 km uzaqda yerləşir. Bu müharibə cinayətini işıqlandırmaq üçün beynəlxalq media nümayəndələri ilə yanaşı, komandamızın yaradıcı üzvləri Sitarə İbrahimbəyli və Mələk Bayramlı da Gəncədə idi. Dağıdılmış şəhərə onların obyektivindən nəzər salın.