Mələk Bayramlı – Red Ribbon

Mələk Bayramlı 1996-cı ildə Bakı şəhərində anadan olub. 2018 – ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Kinoşünaslıq – Film Tənqidi ixtisasından məzun olub. Bu ixtisasla yanaşı hal-hazırda fotoqrafiya ilə məşğul olur. Mələk, fotoqrafiyanın visual təsir gücünü bilir və bu vasitə ilə gördüklərini rahatlıqla imrovizasiya etdiyinə inanır.

Bu dəfə isə Tiflis Fotoqrafiya və Multimedia Muzeyi nəzdində; Yustina Mielnikeviçin mentorluğu ilə “Red Ribbon” adlanan ortaq layihəsini yekunlaşdırıb. Proyekt əsasən Qafqaz ölkələrindən – Gürcüstandan 3, Ermənistan 2, Azərbaycandan 2 fotoqraf tərəfindən reallaşdırılıb. Foto layihə isə hər 3 ölkədə yaşam strategiyasına fokuslanıb.

Fotoqraf kimi Azərbaycanın ənənəçilik və modernləşmənin kəsişdiyi bir nöqtədə olduğunu müşahidə edib, layihəsində bu yeni “dönəm”i təqdim edən Mələyin fikrincə foto-layihənin əsas fokusu ənənələr və “qırmızı lent”dir. İnsanlar isə yalnız bunların istifadəçisidir.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir