Ölüm, seks və xarabalıqlar: Ən klişe fotolar

1 fevral (2016) Dünya Mətbuat Fotosu (WPP) konkursunun beynəlxalq jürisinin işə başlaması ilə yadda qalmışdı. Ötən konkursda jüri üzvü olmuş Donald Veber öz həmkarlarına təəssüf hissi ilə yanaşır: onlar yaxşı fotolar axtarışında müəllifləri tərəfindən əks etdirilən hekayənin mahiyyətindən çox formaya üstünlük verən, minlərlə fotoşəkili gözdən keçirməlidirlər.

2015-ci ildə jürinin sədri olduğum vaxtlarda bir neçə gündən və ya bir neçə min şəkildən sonra əlimə bloknot götürüb gözümün qarşısından keçən müxtəlif klişelər, mövzular, subyektlər və şəkillər haqda qeydlər aparmaq haqda qərara gəldim. Bloknotumdakı (qeydlərin həcmi onlarla səhifədən ibarət idi) nümunələrdən bəzilərini diqqətinizə çatdırıram.

– Sirk.

– Sirkdəki eybəcərlər.

– Kərpic fabrikləri

– Nənə və babalar (adətən fotoqrafın).

Viktoriya Novoseletska.

– Ölüm ayağında olan nənələr və babalar (adətən son kadrlardan birində boş çarpayı təsvir olunur – qoca artıq dünyasını artıq dəyişib).

– Kirli uşaqlar (adətən qaçqın düşərgələrində, yoxsul kəndlərdə və 3-cü dünya ölkələrində)

– Daha çox yoxsulluq (əgər amerikalılardırsa, Appalaç və ya “redneklər” (baxın necə gülməli görünürlər). Əgər əcnəbidirlərsə adətən ağ-qara fonda tərk edilmiş yerlər təsvir olunur (baxın bu insanlar necə də kasıbdır).

– Amputasiya olunanlar.

Viktoriya Novoseletska.
Viktoriya Novoseletska.

– Hansısa seksual fəaliyyət (adətən zərərsiz, amma “Bax, sekslə məşğul olan insanları çəkdim” deyən).

– Kateqoriyalara və subkateqoriyalara bölünə bilən xarabalıqlar. Amerikansayağı xarabalıqlar: borcda qalan mülkiyyətin müsadirəsi, Detroyt, boş şəhərlər, iqtisadi tənəzzül və çöküntü. Cəngəlliklərdə dağıntılar, yaşıllıqlar binaları yeyir. Afrika sayağı xarabalıqlar – viran qalmış, unudulmuş, baxımsız, insan saymazlığına düçar olmuş. “Ekzotik” xarabalıqlar – baxın bu insanlar öz xarabalıqlarında necə də qəribədirlər! Dağılmış maşınlar, təyyarələr və digər texnika, dağıdılmış sənayə kompleksləri, həmçinin dağıdılmış və tərk edilmiş evlərlə səhv salınmamalıdır. Müharibə xarabalıqları: xarabalıqlar arasında diri qalan, gəzən və orada yaşayan.

– Uşaqlar.

– Uşaqlar qaçqın düşərgəsində.

– Uşaqlar qaçqın düşərgəsində oynayır.

– Uşaqlar qaçqın düşərgəsində çirkli meydançalarda oynayır.

– Uşaqlar qaçqın düşərgəsində çirkli meydançalarda futbol oynayır.

– Silahlı kişilər və bu yaralı kişilərə baxan/əziyyətini çəkən qadınlar.

– Əllərini göyə qaldırmaqla və ya üzlərini örtməklə ifadə olunan ağrı hissini yaşayan ağlar qadınlar, analar, nənələr.

– Qəzzada, təqdim edilən materialların çoxunda yerlə yeksan edilmiş Əl-Sussi məscidinin təsvirləri mövcuddur. Hərdən sadəcə yerlə yeksan edilmiş minarə, lakin adətən mobil telefonunda qadın və ya kişi olmaq şərti ilə, ən yaxşı halda isə, dağıdılmış minarənin yanından keçən atlı kişi ilə.

– Atlar: qara, ağ, xallı. Əgər at ağdırsa, adətən hansısa adi, xülyalı şəraitdə. Döyüş bölgəsində müharibənin və gündəlik həyatın mənasızlığını vurğulamaq üçün, müharibə zamanı dağıdılmış evlərin önündə atları və uzunqulaqları, həmçinin at və ya uzunqulaq belində olan insanları təsvir edirlər.

Mahiyyətinə görə mən fotoklişeləri bu əsas kateqoriyalara böldüm:

  1. Simvolik. Müharibənin dəhşətləri dağıdılmış ərazidə təsvir olunan uşaqlar sayəsində, sülh isə vətənpərvərlik ruhu, o cümlədən bayraq, qəhrəmanlığın kamera bucaqları (yuxarı baxmaq) və s. ilə ifadə oluna bilər.
  2. Emosional. Kontentdə təsvir olunanın əksinə, tamaşaçıda əks-səda doğurmaq üçün təsvirdən istifadə. Parçalanmış bədənlər tamaşaçını hiddətləndirir, baba və nənənin yaxın zamandakı vəfatı simpatiya yarada bilər və s.
  3. İnsan kimlikləri. Baş verənləri bədən jestləri ilə ifadə etmək. Üz, əl jestləri, qamət və s. – bunların hamısı tamaşaçı üçün subyektin yaşadığını həkk və simvolizə edir.
  4. Qərbpərəst. Tamaşaçıda emosional effekt yaratmaq üçün qərb incəsənətinin dini və digər simvollarından istifadə. Fotonun harada çəkildiyindən asılı olmayaraq, əksər hallarda Piyeta, həmçinin qurban (İsa xaç üzərində), “impressionist” klassik işıqlandırma incəsənəti (İşıq və Kölgə, İntibah, Rembrandt). Qlobal tarixin qərb estetikasına bürümək.

Məzmunda klişelərdən və ifadələrdən başqa məzmunun necə əks olunması istifadə edilib. Məsələn:

–  Ağ-qara fona keçidlər (bir ara, təxmini hesablamalara əsasən, bloknotumda ağ-qara təsvirlərin sayı rəngliləri üstələmişdi). Texniki baxımdan hansısa tipik ağ-qara hekayənin xüsusiyyətləri budur: kölgələr, vinyetləşdirmə, kontrast, mürəkkəb tekstura.

–  Ağ-qara fonda olduqda hekayə adətən “ciddi” və ya “diqqət çəkən” subyektlər haqqında idi. Başqa sözlə, ağ-qara “ciddi” məsələni simvolizə edirdi. Ağ-qara fotolar nadir hallarda bayağı hekayələr üçün istifadə edilirdi. Rəngli olduğu halda şəkillər adətən qeyri-adilik, qəribəlik və insanların qəribə davranışı barəsindəydilər.

Adətən, ən azı bir təsvirin əksər hissəsini yuxarı qalxan tüstü təşkil edir. Tüstü həmişə dramatik an yaradır (və simvolik tərzdə istifadə oluna bilər – nə isə təhlükəli, pis, yad və ya dağıdıcı bir şey baş verir).

 

Uzun sözün qısası burada ifadədən, simvoldan, klişedən yan keçmək olmur, çünki bu vizual lüğətin bir hissəsidir. Və, əlbəttə ki, bəzi hekayələr həmişə klişe olacaq, sadəcə olaraq bu hekayəni necə ifadə etməyinizə bağlıdır. Düşünürəm ki, müəyyən bir klişenin ifadə etmək baxımından potensialını (və ya onun olmamasını) görməyi öyrənsək, hekayənin sadə vizual təqdimatından uzaqlaşıb, tamaşaçıda emosional reaksiya, anlayış və qavrama oyadaraq, təmas etməyə başlaya bilərik.

Viktoriya Novoseletska.
Viktoriya Novoseletska.

Buna baxmayaraq məni kədərləndirən məhz nəyin yaxşı hekayə yaratdığını anlamağa təsəvvürümüzün və bacarığımızın çatışmaması oldu. Hekayə gərək özü öz formasını diktə edə – lakin bizim gördüyümüz bunun tam əksidir: fotoqraflar ilk növbədə nəyi yox, necə göstərməyi qərara alırlar. Biz öz estetikamızı hekayəyə sırımamalıyıq. Əsaslardan başlamalıyıq – hekayə nədir? Nəyə görə biz hekayəni önəmsəyirik və bizim auditoriya qarşısında məsuliyyətimiz nədir? Biz bu hekayəyə, ən yaxşı şəkildə xidmət göstərib auditoriyaya, bizim dad və zənn üzrə əsas arbitrlərimizə necə təqdim edə bilərik?

Media nəzəriyyəçisi Duqlas Raşkov deyir ki, biz hər gün milyardlarla fotonun çəkildiyi media dövründə yaşayırıq: bu bir təsvir “axınıdır”. Bəs onların, insan vəziyyətini təcrübə etdiyimizdən  sonra, bizim üçün dəyəri nədir? Başqa yöndən baxanda, “Yaddaş” autentikliyi təmsil edir. Peşəkar kimi, biz “axının” dərinliklərinə baş vuraraq ətrafımızda olan çoxlu sayda təsvirləri autentik səslə təmin etməliyik. “Yaddaş” niyyətlərin dəqiq istiqamətini – həmçinin müəllifliyi, dürüstlüyü, əsilliyi və hekayənin davamiyyətini ifadə edir.

Hekayə öz-özünə mövcud ola bilməz, onu danışa biləcək kimsə lazımdır: bu günümüzdəki media mühitində müşərrəf münaqişə yaradır. Əsas işi niyyət və məzmun görür. Zərurətsiz autentik dünyada auditoriya axtardığı həqiqəti niyyət və məzmunda tapır.

Hazırda fotoqraf və ya hekayəçi bu öhdəliyə üstələndikdə hekayələrə nəzarət əldə edir. Siz hekayə danışa bilərsiniz və ən əsası, onu bütün dünyaya göstərə bilərsiniz. Biz autletlərlə məhdudlaşmamışıq. Əslində autlet sənsən. Əgər biz hekayəni texnikanın dəmir ağuşundan çıxarıb, diqqəti müəllifliyə yönəltsək, aldanma yox olacaq, təsvirlərin yeni izahı yaranacaq. 

[no_button style=”transparent” button_hover_animation=”fill_text_rotate_icon” icon_pack=”font_awesome” fa_icon=”fa-globe” target=”_self” text=”Məqalənin orijinalı” link=”https://birdinflight.com/inspiration/experience/sex-death-and-ruins-wpp-jury-member-about-the-most-cliche-pictures.html”]
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir