Rəcəb Əliyev 1990-cu ildə Bakıda anadan olmuşdur. Memarlıq və Urbanstika istiqamətləri üzrə təhsil alıb. Karyerası boyu bir sıra iri tikinti və dizayn layihələrində işləyib.
Transcultural ArtLab, Easa Cadiz, Fondazione Del Bianco təşkilatçısı ilə beynəlxalq vörkşoplarda iştirak edib. FAZA art rezidensiyasının təsisçisidir.
Hal-hazırda Rəcəb, inkişaf üçün yeni istiqamətlər seçir. Spekulyativ dizayn və tikilmiş mühütün cəmiyyətə təsiri mövzuları üzərində işləyir.
Hobbi olaraq isə musiqi bəstələyir.
3 həftə ərzində, dağların başında, Xınalıq sakinlərinin və qonaqların qovuşduğu içtimai məkanın dizaynı və tikintisi üzrə Nərgiz İbrahimova ilə birlikdə vörkşop təşkil edəcək. Məkanın tikintisində dayanıqlı materiallardan istifadə olunacaq, yerli sakinlər yeni tikinti texnologiyalarını öyrənəcəklər. Həmçinin Xınalıq sakinlərinə bu vörkşoplar çərçivəsində yeni növ əl işləri hazırlama texnologiyaları da öyrədiləcək.