Rauf Məmmədov

Moskvada məskunlaşan azərbaycanlı sənətkar Rauf Məmmədov Moskva Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra karyerasına kino prodüseri və rejissoru kimi başlayır. O, 4 filmin ərsəyə gəlməsində iştirak edib. Bu filmlərdən ikisi – Island of Dead Ships (1987) və Girl from Rouen Nicknamed Doughnut (1989) İsveçrənin Montrö şəhərində keçirilən Beynəlxalq Film Festivalının “Gümüş Qızılgül” mükafatına layiq görülüb. Rejissorluqdan əlavə, R.Məmmədov özündə kinematoqrafik fonla kollajı, həmçinin kompüter texnologiyalarını birləşdirən fotoqrafiyaya yönəlmiş incəsənət praktikasını inkişaf etdirir. Onun əsərləri Avropada, Rusiyada, Koreyada və Qüdsdə sərgilənib. 2007-ci ildə müdafiəsiz cəmiyyətləri təmsil edən modelləri istifadə etməklə Bibliya obrazları əks etdirən fotoqrafiyalar silsiləsinə görə sənətkarımız nüfuzlu Kandinksi premiyasının “İlin layihəsi” mükafatına nominasiya göstərilir. 2011-ci ildə R. Məmmədov Amsterdamdakı Lilya Zakirova və Moskvadakı Aydan qalereyalarına fərdi sərgilərini təqdim edir. Moskvanın Müasir İncəsənət Muzeyi geniş şəkildə sənətkarımızın «Silentium» adlı fərdi sərgisini nümayiş etdirir. 2013-cü ildə onun əl işi həmçinin Londonun Sotheby’s auksionu çərçivəsində təşkil edilən “Kəsişmədə: Qafqazdan və Mərkəzi Asiyadan müasir incəsənət” sərgisində nümayiş etdirilir. Günümüzdə R.Məmmədov öz əl işlərini Amsterdamdakı Lilya Zakirova Qalereyasında sərgiləməyə davam edir.

 

Raufun kinematoqrafik baxışını həmkarları ilə birgə vizual və emosional sıxlığa nail olmaq üçün yaratdığı filmlərdə sezmək olur. Teatr dekorasiyalarını, fotoşəkilləri və kompüter incəliklərini istfiadə edərək sənətkar öz obyektlərini individual şəkildə çəkərək diqqətini onların unikallığında və fərdiliyində cəmləşdirir. Bundan əlavə müvafiq kompüter proqramlarını istifadə edərək fotoportretlərini yaradıcılığındakı stilizə edilmiş səhnələrə həkk edir. Onun ən məşhur əsərləri incəsənət tarixi və ilahiyyatdan ilhamlanıb. 1988-ci ildə Daun sindromundan (insanlarda yüngül əqli geriləmə və xüsusi üz cizgilərinə səbəb olan genetik vəziyət) əziyyət çəkən insanları model qismində istifadə etməklə o, ikonik Bibliya səhnələrini, o cümlədən Leonardo DaVinçinin “Sonuncu Şam” əsərini fotokollaj şəklində canlandırır. Bu sindromdan əziyyət çəkən insanlar hislərini açıq ifadə etməklə və sevimli təbiətə malik olmaları ilə tanınır. Məhz onların hisslərinin saflığı Raufu bu insanlarla işləməyə vadar edir. Əsərlərində istifadə etdiyi modellərin üzlərindən mərhəmət və yumşaqlıq yağır. Sənətkar bu modelləri izləyiciləri öz təsvir və emosiya maneələri ilə üzləşməyə təşviq etmək üçün istifadə edir. İşıq, kölgə və boyalar sayəsində bu əsərlər klassik İntibah dövrünə və Holland rəssamlara aid rəsmlərə bənzəyir. 20 il öncə ilk dəfə təqdim olunan bu əsərlər konseptual baxımdan yenilikçi olduğu üçün müəllifə şöhrət qazandırır.

 

Növbəti illərdə digər foto silsilələrində, o cümlədən “Pyeta” və “Emmausda Şam” əsərlərində, Daun sindromundan əziyyət çəkən insanlarla işləməyə davam edən sənətkar daha sonra fokusunu genişləndirir. “Adəm və Həvva” layihəsi üçün, Rauf gənc yaşlarında tibb qardaşı kimi işlədiyi psixiatrik müəssisənin pasientlərini cəlb edir. Bu formalaşan təcrübə sənətkarın Adəm və Həvvanın hekayəsini, reallığı fantaziyadan, Raufun sözləri ilə isə, təsəvvürü şüuraltından ayıra bilməyən, şizofreniyadan əziyyət çəkən insanları istifadə etməyin intensivliyi vasitəsi ilə əks olunur. Raufun fikrincə, bu cür pasientlər öz təbiətlərinə daha yaxın olurlar, çünki bəşəriyyətin şüurundan ayrılması bizi ilahilikdən məhrum edib. O. Ruhi xəstəlikləri olduqca insani şəkildə təsvir etməklə izləyiciləri onların anlama təcrübəsinin dünyagörüşlərinə necə təsir etdiyi haqda düşünməyə dəvət edir. Bu əsərin zamana sığmayan təbiəti universaldır və bizdən “başqa” olmanın necə olduğunu sorğulamaqla, sənətkarın baxışının radikal ifadəsi sayəsində bizim mənəviyyatımızı sual altına qoyur.

 

Rauf Məmmədovun digər işlərinə nəzər yetirin: https://www.artsy.net/artist/raoef-mamedov

Rauf Məmmədov
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir