Sənan Ələskərov

 Sənan Ələskərov

Fotoqraf Sənan Ələskərov incəsənət təcrübəsinə doğma şəhərində – Bakıda müxtəlif insanları və yerləri çəkməyə ruhlandıran Azərbaycan Dövlət Universitetində jurnalistika sənətinə yiyələndikdən sonra başlayır. Fotojurnalist və fotoqrafiya müəllimi kimi çalışarkən Sənan öz obyektivini Azərbaycanın gündəlik nəbzini tutmaq üçün istifadə etməyə üstünlük verirdi. 1999-2009-cu illərdə Azərbaycan Fotoqraflar Assosiasiyasının Bədii Şurasının rəhbəri olmuş Sənan Ələskərov hal-hazırda Bakıda öz studiyasında çalışır, kommersiya məqsədi ilə fəaliyyət göstərməklə yanaşı tələbələr də hazırlaşdırır, həmçinin əl işlərini dünyanın müxtəlif nöqtələrində keçirilən sərgilərə təqdim edir. Onun əsərləri Norveç, Rusiya, İtaliya, Almaniya, Fransa, Monqolustan, Gürcüstan, Türkiyə və Birləşmiş Krallıq kimi ölkələrdə sərgilənib. Bundan əlavə Sənan yaradıcı səyyar “Fly to Baku. Contemporary Art from Azerbaijan (2012-2013)” adlı incəsənət sərgisində iştirak edib. 2013-cü ildə onun “Sadəliyin Şəffaflığı” solo sərgisi Bakının Yay qalereyasında, Bakıda MOMA-dakı Home Sweet Home sərgisi çərçivəsində və 55-ci Venesiya Bienalında Azərbaycan pavilyonunun sərgisinin bir hissəsi olaraq nümayiş etdirilir. 2014-cü ildə isə onun əl işi Türkiyənin İstanbul şəhərində və Avstriyada keçirilən Vyana İncəsənət Yarmarkasında sərgilənib. 2015-ci ildə Sənan YARAT tərəfindən, yeni tikililərlə əvəz edilən, yox olan tarixi Sovetskini çəkməyə dəvət edilmişdi. Sənan Ələskərov müxtəlif regional və beynəlxalq mükafat və premiyalar laureatıdır, onun fotoları isə Salvador Velaseka muzeyi (Reus, İspaniya), Fotoqrafiya Kitabxanası (Sarri, Böyük Britaniya), həmçinin Bakı İncəsənət Mərkəzinin və Bakıdakı MOMA-nın müntəzəm kolleksiyalarında yer alır. Onun əl işləri həmçinin Türkiyə, Birləşmiş Krallıq, ABŞ və Avropada bir çox şəxsi kolleksiyalarda saxlanılır.

 

Sənanın konseptual dokumental üslubu Azərbaycanın bədii fotoqrafiyasını formalaşdırmağa kömək etməklə birgə öyrətdiyi saysız-hesabsız tələbələri ruhlandırmışdır. Onu detallar, intim anlar və şəxsi əlaqələr cəlb edir – onun əl işləri fotoqrafiyada təsvir olunan subyekti incəsənət dürüstlüyü ilə və müasir fotoqrafiya sənətində geniş şəkildə yayılmış olan vizual manipulyasiyadan az istifadə etməklə təqdim olunur. Sənan, karyerası ərzində iki dəfə Bakıya səfər etmiş və delikat ağ-qara tonlarda Bakının neft sənayesinə həsr olunmuş möhtəşəm şəkillər yaradan həmkarı, məşhur Maqnum fotoqrafı Cozef Kudelka kimi insanlardan təsirlənir. Sənətkar memarlığın, urbanizmin, bu iki sahənin yaranmasında və məhv edilməsində insan rolunun və bəşəriyyətin ətraf mühitlə mövcud olmasının mürəkkəbliyinin araşdırılmasında da ağ-qara tonlara üstünlük verir. Onun təsvirləri, orada həkk olunan tonların dərinliyi və kölgələr vasitəsi ilə gizli mənanı əks etdirməklə, müxtəlif mexanizmlər tərəfindən yer səthi üzərində iz qoyan mürəkkəb naxışlar və ya ətraf mühitlə kəskin ziddiyət təşkil edən arxitektur əyrim kimi, adətən gözdən qaçan və ya fikir verilməyən xüsusiyyətləri qabardır. Sənan bu amillərin necə məna yaratdığını araşdırır, diqqətli müşahidələri və subyektlərini çərçivəyə alması sayəsində məkanın əks etdirdiyi emosional bağlılıqları fiksasiya edir. Dəyişən landşaftı lentə almaqla Sənan Ələskərov o Bakı haqda xatirələri qoruyur, onun incəsənəti isə günümüzdə şəhəri şəhər edən insanların və müxtəlif məkanların hekayələrinə forma verir.

Sənan Ələskərov

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir