TERPSIXORA filmi Avropa İttifaqının bizə ayırdığı maliyyə dəstəyi ilə çəkildi. İlk dəfə biz bu maliyyə dəstəyini aldıqdan sonra, öz hekayəsini çəkinmədən danışa biləcək qadın qəhrəman axtarışına çıxdıq və yollarımız Minira Babayeva ilə kəsişdi. O öz hekayəsini danışdı, biz də onun həyatını çəkdik.Ətraflı bax
Tags : Layihə
Ənənəyə çevrilməkdə olan və ucqar kəndlərlə bağlı daha bir layihəmiz - "Mən Bakıda Olmuşam - 2". Bu dəfə müxtəlif rayonlardan 14 məktəbli Bakıda 3 günlük öyrədici və əyləncəli gəzintidə oldular.Ətraflı bax
- BAL GÜNÜDÜR. VarYox'un ilk tv layihəsindəki qəhramanlar isə Xınalıq kəndindən olan ilk qız tələbə Aynurənin valideynləridir.Ətraflı bax
"Boiler Room" komandası, "British Council Azerbaijan" dəstəyi ilə martın 3-də Bakıda,"iN"də yerli dj'lərin performansını canlı yayımladı. Elektronik musiqi gecəsinin səhnə arxası görüntüləri, dj'lərlə müsahibələri və "Boiler Room"un uşaqları ilə söhbətləri bir videoya yığdıq. Ətraflı bax
VarYox hərəkətdədir, amma VarYox hərəkətə də səbəb olur. #Qızoxusun adlı sosial layihəmiz çərçivəsində keçirilən ssenari yarışmasının qalibi Vüqar Babayevin yazdığı ssenari əsasında video-çarx çəkdik – düz də etdik, yaxşı da etdik. Ssenarinin adaptasiya müəllifi və video-çarxın rejissoru Günel Qədirovadır, montaj Dadaş Musayevindir. Bu işimiz “Bakı Beynəlxalq Qısa Filmlər Festivalı”nda ən yaxşı sosial çarx seçilib! Ətraflı bax