Afinalı Nikos Xrisulakis (Nikos Chrysoulakis) 20 ildən artıqdır ki, elektron musiqi ilə məşğul olan DJ və prodüserdir, Nik Devon (Nick Devon) təxəllüsü altında çıxış edir. Onun musiqi aləminə səyahəti 16 yaşından başlayır. Məhz bu yaşlarında Nikos notları səsləndirə bilən oyuncaq pianolar və digər alətlər üzərində təcrübə aparmağa başlayır. Tezliklə atasının vinil plastinləri ilə oynayaraq DJ-lik və prodüserlik bacarıqlarına yiyələnir.
Yaradıcılığa zərb və bas (drum & bass), həmçinin trans üslübu ilə başlasa da sonralar fəaliyyətini elektronik və texno musiqi tərəfə yönəldir. Bir çox element və üslubları birləşdirmək bacarığı da məhz burdan gəlir. Onun unikallığı və özünəməxsusluğu ilə seçilən tünd, hallüsinogen melodik saundu şəxsi studiyasındakı rəqəmsal, analoq və fiziki alətlərin kombinasiyasından yaranır. Bu möhtəşəm bacarıq ona dünya səhnəsindəki yüksək nüfuzlu peşəkarlar arasında da hörmət qazandırıb. Əvvəllər vinil DJ-i olmuş Nik, həm də həvəskar plastinka kolleksioneridir və hələ də çoxlu sayda köhnə və yeni plastinkaları özündə saxlayır. O, öz sevgisini bu plastinkaları konsertlərinə və setlərinə əlavə etməklə zənginləşdirir.
2010-cu ildə rəsmi olaraq fərdi layihəsinə start verən Nik Devon, o vaxtdan bəri rəqs meydançalarını titrədən, həm də eyni anda cəzbedici sədalar və emosional səs kollajları sayəsində insanları öz hekayələrini yaratmağa təşviq edən musiqi yaratmağa başlayır. O vaxtdan bəri Nikin karyerası sürətlə inkişaf edir, “Poema” (The Poem) və “Kosmos” (Cosmos) adlı iki mükəmməl EP albomunun işıq üzü gördüyü 2015-ci il onun ən uğurlu dövrünə çevrilir. Qısa müddətdən sonra 2016-cı ildə onun İnneleanın “Colante” albomuna etdiyi remiksi işıq üzü görür. Bu 3 albomun “Steyoyoke” leybli tərəfindən yayımlanması isə Nikin niyə bu Berlində yerləşən kollektivin əsas üzvü sayılması sualına bir cavab oldu. Nik Devonun trekləri Kellerkind, Rolland Appel və Cid Inc kimi musiqiçilər tərəfindən remiks edilib, pərəstişkarlarının durmadan çoxaldığı musiqisi isə mütəmadi olaraq dünya müstəvisində ən seçilən DJ-lər tərəfindən ifa edilir. Karyerası boyunca Nik “iRecords”, “Union Jack”, “3AM”, “Blindfold Recordings”, “Us & Them”, “Steyoyoke” və “Inside Out” Records kimi leybllər vasitəsi ilə orijinal musiqilər və remikslər buraxıb. Üzümüzə gələn relizlərin həsrəti ilə yəqinliklə Nick Devonun bizim üçün bəzi maraqlı şeylər saxladığını deyə bilərik.
Fevralın 23-ü isə Nik Devon Bakıda, “Sektor 8″də ifa edəcək!