Residents Night – 23 Mart

Mairo Kompos – “Kwartz” səhnə adlı ispaniyalı DJ və musiqi prodüseri, “Order&Devotion” leyblının təsisçisi və “PoleGroup”-un üzvü.

 

2011-ci ilin axırları və növbəti dövrlərdə bir sıra müxtəlif maraqlı leybllarda işıq üzünə çıxardığı EP-ləri ilə o, beynəlxalq səhnədə aparıcı adların diqqətini çəkməyə başladı.

 

2013-cü ildə o, Exium cütlüyü ilə bir araya gələrək «Fenomen» adlı ilk vinil EP-ni yayımlamışdır.

 

Elə həmin il Kwartz, Oskar Muleronun başçılıq etdiyi “PoleGroup”a qoşuldu və müntəzəm olaraq treklərini burada buraxmağa başladı.

 

“PoleGroup”a əlavə olaraq, onun musiqiləri “47”, “Mord Records”, “ATT Series”, “NEWRHYTHMIC”, “Clergy” və “Warm Up Recordings” kimi dünyaca məşhur leybllarda işıq üzünə çıxır.

 

O, Tresor, “KHIDI”, “Griessmuehle”, “Razzmatazz”, “Smolna”, “://about blank”, “H7 Warehouse”, “Fabrik” kimi klublarda etdiyi çıxışları ilə öz unikal tərzini ortalığa qoymuşdur.

 

2016-cı ildə o, “Order&Devotion” adlı öz leyblını təsis edir və qaranlıq, dərin ab-havalı amma eyni zamanda rəqs meydançası üçün nəzərdə tutulmuş əsərlərini yayımlamağa başlayır.

 

Kwartz artıq rezident olaraq ikinci dəfə iN üçün Bakıya gəlir.

Kwartz

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir