“Kvadrat”-ın rejissoru ilk andan hisslərlə oynamağa məqsədlənmişdi.
2014-cü ilin “Fors Major” və 2017-ci Toronto festivalında nümayiş etdirilən “Kvadrat” filmləri ilə adını dünyanın ən görkəmli kinematoqraflar sırasına yazmağa nail olmuşdur. Bu məqalədə (ilk dəfə 2015-ci ildə TIFF Cinematheque tədbiri çərçivəsində Östlundun yaradıcılığı ilə bağlı dərc edilib ) proqramçı Stiv Qreyvstok sizi hiyləbaz isveçli satirikin öncəki əsərləri ilə tanış edəcək.
Ruben Östlundun Kann festivalında iştirak edən “Fors Major” filmi 2014-cü ilin ən müzakirə olunan filmi və Ksavyer Dolanın “Mama” əsəri ilə birgə onilliyin (ən azından, hələ ki) ən hiddətli Oskar məyusluğu olmuşdur. İsveçli müəllifin ötən onillikdəki karyerasına diqqət yetirən kəslər üçün, Östlundun ilin ən irəliləyən rejissor olması böyük sürprizə çevrilmədi.
Karyerasına xizək fristaylı haqqında qısa filmlərlə başlasa da, qısa zamanda Östlund müasir isveç dilininin gizli, acıdil, həmçinin bəzən gülməli qaydada tənqid edən, “Monqoloid gitar” köksüz-bağsız yeniyetmə musiqiçi barədə çəkdiyi ilk filmi ilə özünü bacarıqlı rejissor kimi təsdiq etmişdir. Filmdə nümayiş etdirilən həssaslıq, həm olğun, həm cürətli, həm də sərt satirikaya meyillidir. Bizim mənəviyyat baxımından nə qədər yaddaşsız olduğumuzu cürətli şəkildə əks etdirməyinə, həmçinin bir-birimizə canımızın yanmadığından hiddətlənməsinə və sarsılmasına baxmayaraq, Östlund tez-tez səmimi tərzdə çaşqın, bəzən isə bədbəxt subyektlərinə ürəyi yanan kimi görünür.
Könüllü-Məcburi (2008)
Östlundun dünyagörüşünün mərkəzində bir-birimizə qarşı dözümsüzlüyümüzün, əhəmiyyətsizliyin aksentinə malik ictimailəşməyimizin dərəcəsi barəsində oturuşmuş bir skeptisizm durur. Onun ikinci, daha çox formal və avantürist “Könüllü-Məcburi” əsəri gündəlik pis davranışla bol olan bir-birilə əlaqəsi olmayan hekayələri bağlayır, həmçinin Östlundun yanaşmasının əsas elementlərini əks etdirir. Filmin müxtəlif ssenariləri aydın və anlaşılan görünən mənəvi səhnələrdən başladığı halda, Östlundun dolayı təqdimatı və açıq-aşkar qəribə kompozisiyalar (məsələn, filmin ikinci səhnəsi ailə matriarxatının doğum gününə gələn insanları əks etdirir, lakin biz yalnız onların ayaqlarını görürük; demək olar ki, filmin yarısı əsas personaj olan avtobus sürücüsünün başının arxasını görürük) filmin gedişatına artan narahatlıq hissini əlavə edir. Qəhrəmanların (və bizim özümüzün) nə qədər zəif olduğunu və mədəni görünməyə çalışdığını anladıqda bu narahatçılıq get-gedə öz təsdiqini tapır: təkrar-təkrar bizim qarşımıza qanunun ruhuna yox, adına bağlı olan insanlarla qarşılaşırıq. Bəzi hallarda təəsüf, bəzi hallarda isə mühakimə etdiyimiz yeniyetmə personajlarını təqdim etməklə, Östlund, aydın şəkildə bizi öz tənqidinə cəlb edir.
Oyun (2011)
İlk dəfə “Bankda insident” filmindəki texnikasını (orada hər səhnə olduqca uzun çəkilib, sonra isə çəkiliş bucaqları və təsvirlər dəyişdirilib) dəyişdirərək Östlund real hadisədən götürülmüş “Oyun” adlı filmini ərsəyə gətirir. Filmdə bir qrup afrikaəsilli uşaqların daha kiçikyaşlı isveçli və asiyalı uşaqları oğurlamaqda ittiham olunmasından bəhs edilir. Heç bir zorakılıq istifadə etmədən onlar, hiylə vasitəsi ilə daha böyük uşaqları, qurbanların paltarlarını çıxarıb onlara verməyə məcbur edirlər. Sonra isə qurbanlarının dərin siyasi nəzakətlərinin altında gizlənən irqi motivlərə bağlı qorxularını oyadırlar.
Fors Major (2014)
“Fors Major” diqqəti gənclikdən və irqdən seksə və gender rollarına yönəldir. Filmin dönüş nöqtəsi 4 nəfətdən ibarət ailənin dağ-xizək kurortunda daxili həyətdə şam edərkən idarə olunan qar uçqununun baş verməsindən ibarətdir. Dəhşətli qar dalğası sürünə-sürünə yaxınlaşanda ailə başçısı panikaya düşərək masanın üzərindən telefonunu və digər əşyaları götürərək, həyat yoldaşını və uşaqlarını arxada qoyur. Filmin qalan hissəsi bu insidentin nəticələrinə, cütlüyün ərin impulsiv hərəkətlərinin səbəblərinin və fəsadlarını anlamağa çalışmasına həsr olunub. Gülməli, lakin eyni zamanda vəhşicəsinə kəskin “Fors Major”, cütlüyün hərəktləri və onların ictimai öhdəliyi barəsində qızğın müzakirələrə səbəb olur. (Festival zamanı Östlund filmi, İsveçdə boşanmaların sayını artırmaq üçün çəkdiyi və filmin premyerasından sonra küçədə bir-birilə mübahisə edən cütlüklərin onu ruhlandırdığı barədə zarafat etmişdi).
Onun mənəvi mürəkkəbliyi, bəsirətli qaydada anlamasını, dəqiq estetikasını, həmçinin şəhvətli və ədalətli qəzəbini gizlədən müsbət xarici davranışını nəzərə alsaq, Östlundun, unikal iş metodu, xüsusi üslubu (əsasən də birdəfəlik epizodların bolluğu) və müasir Avropa cəmiyyətinə xas zəifliklərə ustalıqla əks etdirmə bacarığı bir çox müasir isveçli kinematoqraflara təsir edən əfsanəvi isveçli peşəkar Roy Anderssondan (“İkinci mərtəbədən nəğmələr”, “Sən”, “Yaşayanlar”) ilhamlandığını aydın şəkildə görə bilərik. Andresson kimi, Östlundun əsərləri eyni zamanda gülməli və dəhşətlidir, absurd komediya tərəfindən idarə olunaraq, daxilində kükürd qoxusundan daha böyük bir tərkib daşıyır. İki peşəkar arasında fərq ondan ibaətdir ki, Anderssonun dünyası apokaliptik qorxu hissi ilə dolu olduğu halda, Östlund çalışqan tərzdə banaldır. Onu avstriyalı peşəkar Ulriz Zaydlla və ya ona çox təsir etmiş YouTube-la (Fors Majorun yadda qalan gözyaşlı səhnəsinə hazırlaşarkən Östlund “ən dəhşətli nalə” axtarışı zamanı internetdə uzun müddət vaxt keçirmişdir.) əlaqələndirən hansısa gücləndirilmiş təbiiliyə malikdir. Bədii mənşəyindən asılı olmayaraq, Östlundun yaradıcılığında ən heyrətləndirən cəhət – həyatımız boyu izlədiyimiz filmlərdə nadir təsadüf etdiyimiz hissidr.