“Alkoqolun dadına baxmaq istəyirsən? Bunu evdə et”.

 “Alkoqolun dadına baxmaq istəyirsən? Bunu evdə et”.

“Alkoqolun dadına baxmaq istəyirsən? Bunu evdə et. ” Fotoqraf Şeyla Meztnerin tərbiyə qaydaları

 

Uma Thurman, Kim Basinger, Tilda Swinton, David Lynch və digər film ulduzları ilə yanaşı, məşhur amerikalı fotoqraf Şeyla Meztner ailəsinin də fotolarını lentə almış və hal-hazırda da almaqdadır. Yeddi uşaq və on dörd nəvə, məşhur ana və nənə üçün poza verməkdən hər zaman məmnundurlar. Şeyla indi 80 yaşındadır və əmindir ki, uşaq böyütməyin özü də yaradıcılıqdır.

 

  1. Biz heç vaxt dayə tutmamışıq, uşaqlarımın hamısına özüm baxmışam. Ancaq ev işlərində yardımçım var idi. Sadəcə bir dəfə düşündüm: “Evi təmizləmək üçün vaxt sərf edirəm, niyə bu vaxtı uşaqlara həsr etməyim?” Mən oyun meydançalarını da bəyənmirdim: uşaqları orada dayələr gəzdirirdi, nədənsə maraqsız idi. Buna görə etdiyim əsas şey, uşaqları həyatıma cəlb etmək idi. Məsələn, saatlarla bir masada oturub akvarellər çəkə bilərdik, uşaqlar üçün keyfiyyətli kağız almaqdan çəkinmirdim, onlara əla fırçalar, yüksək keyfiyyətli boyalar verirdim … Onlarla qəsdən rəsmlə məşğul olmağa çalışmırdım, sadəcə özüm etmək istədiyim işlərə qoşulmağı təklif edirdim. Onlar da məmnuniyyətlə razılaşırdılar.

 

Şeyla Meztner

 

  1. Düşünmürəm ki, evdar qadın olmaq müasir və ya ciddi bir şey deyil. Bəli, bu gün bir qadın nə edəcəyini seçə bilər, istədiyi hər kəs ola bilər – istər kosmonavt, istərsə də prezident. Bu da əladır! Lakin bu ailə təsərrüfatının əhəmiyyətini azaltmır. Sadəcə, mən bunu yalnız qadınların peşəsi kimi görmürəm. Məsələn, mən yaxşı yemək bişirirəm və bütün övladlarım, o cümlədən oğlanlar da bunu yaxşı bacarır. Bu yaxınlarda nəvəm mənə özü müstəqil toxuduğu bir cüt corab göstərdi. Onun cəmi 10 yaşı var və onun üçün bu iş deyil, sırf qadın vəzifəsi deyil, zövqdür. Müasir dünyada ev işləri darıxdırıcı, faydasız hesab olunur. Bəs  əslində, bəlkə əksinə, bu dünyanın ən yaradıcı fəaliyyətidir? Müasir uşaqlara, yalnız qızlar deyil, oğlanlara da təsərrüfatçı olmağı öyrətməkdə yanlış heç bir şey yoxdur.

 

 

  1. Sadəcə uşaqların yanında olmaq artıq böyük xoşbəxtlikdir. Onları daim öyrətmək, xüsusi bir şəkildə inkişaf etdirmək cəhdlərinin fonunda sadəcə ünsiyyət qurmağı unuduruq. Sevinirəm ki, övladlarım hələ də sadəcə söhbət etmək üçün yanıma gələ bilər və nəvələrim, hətta oğullarım da belə edirlər. Bilirlər -mən həmişə dinləyirəm, başa düşürəm və onların bütün sirləri yalnız aramızda qalacaq. Buna görə uşaqlarımla təkcə ailə məclislərində deyil, təkbaşına görüşməyi də sevirəm. Sakitcə, ürəkdən söhbət etmək üçün.

 

  1. Böyük ailəmizin əsas qaydalarından biri – bacı və qardaşlar vuruşmur. Yeddi uşağımız var, hamısı fərqlidir. Hər kəs kimi, aralarında mübahisələr və döyüşlər olurdu. Ancaq mən bu qaydanı xatırlatmaqdan heç vaxt bezmədim, bu sanki sehrli söz idi: döyüşlər dayanır, uşaqlar dağılışır və sonra barışırdılar. Bu sözlərə inanırdılar və hətta böyüdükdən sonra da inanmağa davam edirlər – mübahisə etmirlər.

 

 

  1. Uşaqlara alkoqolu evdə sınamağı təklif etdim. Nyu-Yorkda cəlbedici bir çox şeylər var və uşaqların qadağan edilmiş ləzzətləri başqa yerlərdə axtarmamaları üçün, böyüdükcə onlara: “Nəyisə sınamaq istəyirsən? Bunu bizimlə birgə, burada et”, deyirdim. Və bu faydalı olurdu. Uşaqların heç birində asılılıq problemi olmayıb, onların hamısı hələ də əla formadadırlar və hər bir istiqamətdə həddindən artıq asılılıq olmadan həyatdan zövq almağı bacarırlar.

 

  1. Uşaqların nəinki yaxşı oxumaları, həm də ruhən inkişaf etmələri mənim üçün vacib idi. Buna görə təhsil haqqında düşünmək vaxtı gəldikdə onlar üçün Steiner məktəbini (Waldorf məktəbi) seçdim. Orada mənim övladlarım dərsliklərdən cansıxıcı abzasları köçürmür və masa arxasında çox vaxt sərf etmirdilər. Məsələn, astronomiyanı öyrənmək lazım idisə, axşam fermaya gedib ulduzlara baxırdılar. Elə oradaca, məktəb fermasında biologiyanı da öyrənirdilər: kartof əkir, heyvanlara qulluq edir, hətta inək sağırdılar. Məktəbdə baza şəklində kulinariya kursu keçirdilər, burada çörək bişirməyi və yemək hazırlamağı öyrənirdilər. Hava şəraitindən asılı olmayaraq gəzmək, çoxlu faydalı fiziki fəaliyyət, yaradıcılıq qabiliyyətlərinin inkişafı – bu həqiqətən maraqlı bir təhsil idi. Nəticədə uşaqların hamısı çox yaradıcı böyüdülər, maraqlı peşələr seçdilər: yazıçı, stilist, qrafik dizayner … Və ən kiçik övladım Ruby, mebel dizaynı fikirləşmək və onu yaratmaqla yanaşı fermerliklə də məşğul olur – donuz böyüdür.

 

 

  1. Övladlarım üçün köhnə, ustalıqla illüstrasiya olunmuş kitabları toplayırdım. Bu rəfin bir kənarında dayanan bir kolleksiya deyildi. Onlar davamlı olaraq əl altında olan bu kitabları oxuyurdular. Eyni şey gözəl antik boşqablar və ya qaşıqlara aid idi. Mən əşyalarla çox diqqət və sevgi ilə davranıram, uşaqlar da bunu görür və heç vaxt heç nəyi sındırmırdılar. Mənə elə gəlir ki, burada şəxsi nümunə çox vacibdir – sizin evə, gündəlik həyata münasibətiniz. Sizi seyr edən uşaqlar təbii olaraq eyni şəkildə davranmağa başlayırlar. Valideynlər uşaqları onların özünə xas olmayan bir şey etməyə məcbur etdikdə mənəviyyat dərsləri, çəkindirmələr başlayır. Hər kəs əsəbi olur və nəticədə heç nə əldə edilmir.

 

 

  1. Böyük ailə bayramlarını hələ də birlikdə, bütün uşaqlar və nəvələrin əhatəsində qeyd edirik. Məsələn, ənənəvi Şükran yeməyini təşkil edirik. Bu həmişə böyük bir bayramdır, çox sayda insan var və bütün bu illər ərzində biz onu qeyd etmək üçün yazılmamış qaydalar hazırlamışıq: kimsə həmişə kartof bişirir, kimisi hinduşka üçün məsuliyyət daşıyır, kimisi də onu doldurmaq üçün içlik hazırlayır. Hər kəs də masa arxasında yerinin harada olduğunu bilir – bu da bir ənənədir. Həmçinin, Şükranlıq günündə uşaqlar, ailələri ilə tanış etmək üçün sevgililərini gətirirlər. Bu da bir növ ritualdır. Mənə elə gəlir ki, ailənin hamının bir yerə toplandığı, birlikdə nəsə etdiyi, ünsiyyət qurduğu və bir-birindən enerji aldığı xüsusi günlərin olması çox vacibdir.

 

 

9. Heç zaman uşaqlarımın arxasınca paparatsilər kimi əlimdə kamera ilə qaçmadım. Bilirəm ki, bəzi balaca uşaqlar şəkil çəkdirməyi sevmirlər, kameradan qaçırlar,  amma burada fotoqrafın vəzifəsi onları təqib etmək, nəyin bahasına olursa olsun fotolarını çəkmək deyil. Çünki o zaman uşaqlar fotoqrafiyanı qaçdı-tutdu oyunu kimi qəbul etməyə başlayacaqlar. Nəticədə heç nə alınmayacaq. Mən adətən uşaqları rahat bir atmosferdə çəkirdim – sadəcə televizor izlədikləri, yatdıqları, oynadıqları  yerdə çox sayda fotoları var. Bəzən otaqda müəyyən bir kompozisiyanı əvvəlcədən hazırlaya bilərdim və uşaqlardan biri keçəndə bir an dayanmağı xahiş edir və həmin an şəklini çəkirdim. Əlbəttə, sonra onlarla birlikdə alınan fotoları nəzərdən keçirirdik. Uşaqların nəticəni görməsi və bundan zövq alması vacibdir.

 

 

  1. Mən bir ömür boyu davam edən sevgiyə inanıram və bunu hər zaman övladlarıma da çatdırmağa çalışmışam. Həyat yoldaşım Jeffrey mənim üçün bir ilham mənbəyi idi, əsərlərimi nümayiş etdirdiyim ilk insan, ən sevdiyim model idi. Həyat yoldaşımın şəkillərini restorandakı ilk görüşümüzdən günlərinin sonuna qədər çəkdim. İndi onun yoxluğunda, oğlum və mən Jeffreyin portretləri, akvarel rəsmlərimiz və məktublarımızdan ibarət bir kitab hazırladıq. Bu, 48 illik xoşbəxtliyimiz və ömürlük sevgi haqqında bir kitabdır.

«Хочешь попробовать алкоголь? Пробуй дома». Правила воспитания фотографа Шейлы Мецнер

 

Помимо Умы Турман, Ким Бейсингер, Тильды Суинтон, Дэвида Линча и других кинозвёзд, знаменитый американский фотограф Шейла Мецнер снимала и продолжает снимать свою семью. Семеро детей и четырнадцать внуков всегда рады позировать знаменитой маме и бабушке. Сейчас Шейле 80, и она уверена: воспитание детей — это тоже творчество.

 

  1. Мыникогда ненанимали няню, со всеми детьми сидела я сама. А вот помощница по хозяйству у меня была. Я просто однажды подумала: «Зачем тратить время на уборку дома, если я могу посвятить его детям?» Игровые площадки я тоже не любила: детей там выгуливали няни, было как-то неинтересно. Поэтому главное, что я делала, — вовлекала детей в свою жизнь. Например, мы могли часами сидеть за столом и рисовать акварели, я не жалела для детей хорошую бумагу, давала им отличные кисти, качественные краски… Я не пыталась специально заниматься с ними рисованием, просто предлагала присоединиться к тому, что мне нравится делать самой. И они с радостью соглашались.

 

 

  1. Янесчитаю, что быть домохозяйкой — несовременно или несерьёзно. Да, женщина сегодня может выбирать, чем ей заниматься, может стать кем угодно — хоть космонавтом, хоть президентом. И это здорово! Но это не умаляет важности домашнего хозяйства. Просто я не рассматриваю это как только женское занятие. Я, например, хорошо готовлю, и все мои дети — в том числе и мальчики — тоже. Недавно моя внучка показала мне пару носков, которые связала самостоятельно. Ей всего 10 лет, и для неё это не работа, не какая-то чисто женская обязанность, а удовольствие. В современном мире ведение домашнего хозяйства считается занятием скучным, бесполезным. Но что, если на самом деле это, наоборот, самое креативное занятие на свете? Нет совершенно ничего плохого в том, чтобы учить быть хозяйственными современных детей — не только девочек, но и мальчиков.

 

 

  1. Просто быть рядом сдетьми— уже большое счастье. За попытками постоянно их поучать, как-то по-особенному их развивать мы забываем просто общаться. Я счастлива, что мои дети до сих пор могут прийти ко мне просто поговорить, и внуки делают то же самое, даже мальчишки. Они знают: я всегда выслушаю, пойму, а всех их секреты останутся только между нами. Именно поэтому я люблю встречаться со своими детьми не только на семейных вечеринках, но и один на один. Чтобы спокойно поговорить по душам.

 

4. Одно изглавных правил нашей большой семьи— сёстры и братья не дерутся. У нас семеро детей, все они разные. Как у всех, между ними были и ссоры, и драки. Но я никогда не уставала напоминать им это правило, оно было своеобразным заклинанием: драки останавливались, дети расходились, а потом мирились. Они верили этим словам, и даже сейчас, уже став взрослыми, продолжают верить — и не ссорятся.

 

 

  1. Япредлагала детям попробовать алкоголь дома. Унас в Нью-Йорке много соблазнов, и, чтобы дети не искали запретных удовольствий где-то ещё, мы по мере взросления говорили им: «Хочешь что-то попробовать? Пробуй здесь, с нами». И это работало. Ни у кого из детей никогда не было проблем с зависимостями, все они до сих пор в отличной форме и умеют наслаждаться жизнью без перегибов в какую-либо сторону.

 

6. Для меня было важно, чтобы дети нетолько хорошо учились, нои развивались духовно. Поэтому, когда пришло время задуматься об образовании, я выбрала для них школу Штайнера (вальдорфская школа). В ней мои дети не переписывали скучные параграфы из учебников и вообще не проводили за партами много времени. Если нужно было изучить, например, астрономию, они вечером шли на ферму и смотрели на звёзды. Там же, на школьной ферме, изучали и биологию: сажали картофель, ухаживали за животными, даже доили коров. У них в школе был базовый курс кулинарии, где они учились печь хлеб и готовить. Прогулки вне зависимости от погоды, много полезной физической активности, развитие творческих способностей — это было действительно интересное образование. Все дети в итоге выросли очень творческими, выбрали интересные профессии: писатель, стилист, графический дизайнер… А младшая Руби, помимо того, что сама придумывает и создает мебель, еще и занимается фермерством — выращивает поросят.

 

 

  1. Ясобирала старые искусно иллюстрированные книги для своих детей. Это небыло коллекцией, которая стояла где-то на полке. Они читали эти книги, которые постоянно лежали в открытом доступе. Так же, как и красивые антикварные тарелки или ложки. Я отношусь к вещам очень бережно, с любовью, дети видели это и никогда ничего не ломали. Мне кажется, здесь очень важен личный пример — ваше отношение к дому, к быту. Наблюдая за вами, дети совершенно естественно начинают вести себя так же. Если же родители заставляют детей делать что-то, не свойственное им самим, начинаются все эти нравоучения, одёргивания. Все нервничают, и в итоге ничего не получается.

 

 

  1. Большие семейные праздники мыдосих пор проводим вместе, в компании всех детей и внуков. Например, устраиваем традиционный обед в честь Дня благодарения. Это всегда огромный праздник, очень много людей, и за все эти годы у нас уже даже выработались некие негласные правила его проведения: кто-то всегда запекает картофель, кто-то отвечает за индейку, другие готовят начинку. А ещё каждый знает, где его место за столом, — это тоже уже традиция. Плюс на День благодарения дети обычно приводят своих возлюбленных — знакомиться с семьёй. Это тоже своеобразный ритуал. Мне кажется важным, чтобы у семьи были особенные дни, когда все собираются вместе, что-то дружно делают, общаются, заряжаются друг от друга энергией.

 

 

  1. Яникогда небегала за своими детьми с камерой, как папарацци. Знаю, что некоторые маленькие дети не любят фотографироваться, убегают от камер, но тут задача фотографа — не гнаться за ними, не пытаться сделать снимок во что бы то ни стало. Потому что дети начнут воспринимать фотосъёмку как игру в догонялки. И у вас в итоге ничего не получится. Я обычно снимала детей в спокойной обстановке — у меня есть много фото, где они просто смотрят телевизор, спят, играют. Иногда я просто могла заранее подготовить некую композицию в комнате, а когда кто-то из детей проходил мимо, просила на минуту остановиться и делала снимок. Ну и, конечно, потом рассматривала получившиеся фотографии вместе с ними. Важно, чтобы дети видели результат и радовались ему.

 

10. Яверю влюбовь длиною в жизнь и всегда старалась передать эту веру детям. Мой муж Джеффри был для меня вдохновением, был первым человеком, которому я показывала свои работы, был моей любимой моделью. Я фотографировала мужа с нашего первого свидания в ресторане и до конца его дней. А сейчас, когда его не стало, мы с сыном сделали книгу с портретами Джеффри, с нашими акварельными рисунками и письмами. Это книга о 48 годах нашего счастья и о любви длиною в жизнь.

Mətnin orjinalı: Mel.Fm

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir