Aron Talas Trio – Bakı Caz Festivalı

 Aron Talas Trio – Bakı Caz Festivalı

Aron Talas Trio 2015-ci ildə təsis olunmuş caz triodur. Qrupun Talas-ın bəstələrindən ibarət yayımlanmış iki albomu var; “Floating Island” (Gats Prodakşın, JP) və “Little Beggar”(BMC Records, HU). Qrupun ritm hissəsini macar caz səhnəsinin görkəmli nümayəndələri təşkil edir; bass-da Jozef Barsça Horvat, zərb alətlərində isə Attila Carfas. Trio hər nə qədər öz tərzində yeni üslublar axtarışında olsa da, klassik caz ənənəsinə sadiqdir. Aran Talas Trio bu günə qədər Kiyev Caz Festivalı, Palace of Arts səhnəsinə (Mayk Moreno ilə birlikdə), Macarıstan Milli Operasında və müxtəlif klub, festivallarda çıxış edib.

Trio oktyabrın 18-dən 27-nə qədər davam edəcək Bakı Caz Festivalında da çıxış edəcək. 21 Oktyabr saat 19:00-da qrupun Bakıda, Rotunda Caz Klubunda konserti baş tutacaq.

Bakı Jazz Festivalı haqda daha əvvəl xəbər yayımlamışdıq.

Aron Talas

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir