Sizə “Şad Xəbər”imiz var! Özümüz kimi dəli-dolu adamları kəşf etməyi hədəfləmişdik. Yəqin ki, provokativ adımızdan da hiss etmişdiniz ki, qeyri-ənənəvi yaradıcılığa da yer veririk. “GayBat Films”i tapdıq. Tamamilə müstəqil studiyada animasiya hazırlayan GayBat hələ ki, əsl kimliyini bizə açıqlamayıb. “Şad Xəbər”i izləyin, bir az dərin sulara enin.
Gaybat Films – Şad Xəbər
VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!