Robert Romboutdan ustad dərsi

Euro Imagine Tolerantlıq festivalı çərçivəsində bu gün rejissor Robert Romboutun Zoom platformasında ustad dərsi olacaq.

Robert Rombout (Amsterdam, 1953) 1975-ci ildən bəri Brüsseldə yaşayır və işləyir. Brüsseldə yerləşən Müqəddəs Lukas film və incəsənət məktəbində (LUCA) müəllimdir. “Doc-Nomads” Beynəlxalq Magistr proqramının həmtəsisçisi və icraçısıdı. 35 ildən çoxdur ki, müstəqil sənədli film istehsalçısıdır. Bütün filmləri televizor və festivallarda göstərilib. Paris və Strasburq Universitetlərində qonaq müəllim olub. O, Hanoi Teatr və Kino Akademiyası, Livan Təsviri Sənətlər Akademiyası, Amerika Texnologiya Universiteti Halat Kampusu və Lissabon Teatr və Film Məktəbində müntəzəm müəllimlik edir. Braziliya, Çin, Rusiya və Fransada seminarlar verir.

Bu ustad dərsi zamanı Robert Rombout sənədli filmdə rejissorun rolundan danışacaq. O, bir tərəfdən texniki peşəkardır; digər tərəfdən müəllif, hekayəçi, əsərə imza atan şəxs. Bir rəssam kimi bir rejissor da “demək istədiyi bir şey var”, buna görə də reallılığın qavranmasından başlayırıq. Metod, niyyət, estetika, eyni zamanda etika ustad dərsinin elementləri arasında olacaqdır.

Robert ustad dərsi zamanı sizdən suallarınızı gözləyəcək, hətta başlanğıcda belə.

Ustad dərsinə daxildir:

  • İnteraktiv canlı yayım

  • Pulsuz kitablar

  • Robert Romboutun filmlərindən səhnələrlə iş

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir