Sevil Film Festivalı

 Sevil Film Festivalı

II Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı builki proqramda iştirak üçün dünyanın hər yerindən sənədli film qəbulunu elan edir. Filmlərin gender mövzusunu əhatə etməsi və sənədli janrda olması mütləqdir. Filmlərinizi “FilmFreeway” ( https://filmfreeway.com/Sevilfilmfest) vasitəsilə təqdim edə bilərsiniz.

Son müraciət tarixi: 15 iyul

SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı Azərbaycanda gender məsələlərinə fokuslanan müstəqil sənədli filmlər festivalıdır. Sevil-BQSFF yerli kinematoqrafçıları və bu sahəylə əlaqədar insanları sənədli filmə təşviq etmək,eyni zamanda regionlarda mədəni aktivliyi artırmaq və gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. Festival fəaliyyətə 2020-ci il sentyabr ayında başlayıb. Festival Azərbaycan tamaşaçılarına dünyanın dörd bir yanından seçilmiş filmləri təqdim edir və müxtəlif gender əsaslı mövzular ətrafında ictimai müzakirələrə təkan verir. Həmçinin yerli sənətçilərin təqdimatına açıq olan qısa və tammetrajlı sənədli filmlər müsabiqəsi təşkil edərək yerli film sənayesinin inkişafına da dəstək olmağa çalışır.Üstəlik, festival paytaxtdankənar, bu cür tədbirlərin və fəaliyyətlərin insanlar üçün əlçatan olmadığı regionlarda təşkil olunur. Növbəti festivalın 25-29 avqust tarixlərində Gəncə şəhərində keçirilməsi planlaşdırılır. Tədbirdə beynəlxalq və yerli sənədli filmlərin nümayişi və müzakirələri nəzərdə tutulur.

Festivalın builki buraxılışının mövzusu qadın ölümlərinə həsr olunub və bununla ölkədə hər zaman aktual problem olan və təəssüf ki, son illərdə daha da artan qadın ölümlərinə diqqət çəkmək niyyətindədir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir