Azərbaycanlı rejissor İsmayıl Səfərəli, məzunlarının bir çoxunun bu il Kann və Lokarno festivallarının iştirakçısı olan, Moskva Yeni Film Məktəbini bitirib. Qısametrajlı filmi olan “Təkbətək”-də rejissorun filmdə öz dilini tapmağa yaxın olduğu ilə bağlı təəsürat yaranır.
Təkbətəkin hekayəsi Azərbaycanın Dağıstanla sərhəddə yerləşən yarıboşalmış bir kəndində keçir. Səfərəli gözəlliyi nəinki hamıya aydın görünən bölgə mənzərəsində, həmçinin insanların üzlərində, davranışlarında, çətin həyatlarına baxmayaraq bir olmalarında əks etdirir. Bütün film, gənc baş qəhrəmanı izləyərək, onun gözü qarşısında baş verən olayları onun gözləri ilə izləməyə imkan verən, əl kamerası ilə çəkilib.
Oğlanın tənhalığına baxmayaraq, onun daxili dünyası o qədər də zədələnmiş görünmür – oğlanın, ehmalca öz qalaydan qutusunda gizlətdiyi, sirrləri, yerli məktəbin iki şagirdindən biri olan qonşu uşaqla paylaşdığı futbol kimi əyləncəsi var. Qısa zaman kəsiyi ərzində onların həyatının aydın mənzərəsi əks olunur. Rejissorun dediyi kimi, “Film, mənim üçün, hər şeyi ağuşuna alan tənhalıqla əhatə olunmuş uşaqların xəyal etdiyi, yeganə perspektivi üfüqdə görünən dağ olan, dünyaya bir baxışdır”. Oğlanların dayanıqlılığının sirrini filmin başlığında görmək olur. “Təkbətək” anlayışı bu sirri aydın izah edir. Bu sözü həmçinin, həm “müstəqillik”, həm də “tənhalıq” kimi izah etmək olar.
Tənhalıq bir növ öz daxilinə yol tapmaq, azadlıq kimi anlaşıla bilər, lakin Səfərəlinin yerli həyat tərzi ilə bağlı baxışları olduqca bədbindir: “Kənd həyatı, bu uşaqları da udacaq bir gərgin melanxoliyadır. Burada onlar yaşayır, evlənir, uşaq sahibi olur. Belə ucqar kəndlərdə kənd əhalisinin 50-70%-i bir-birinə qohum düşür. Elə bu iki oğlan da real həyatda əmiuşaqlarıdır. Tipik Azərbaycan kəndində qadınlar evdən çıxmaz, küçələrdə isə bir kişiləri, bir də Sovet maşınlarını görmək olur. Gənclərin yeganə arzusu, orada heç kimə lazım olmadıqları metropoliyaya qaçmaqdır. Mənim üçün süjet protaqonistimizin hələ xəbərsiz olduğu, dağılmış arzulardan ibarətdir”.