Xınalıqda keçiriləcək olan art rezidensiya layihəsinə qoşulacaq olan ikinci rəssam Vüsal Rəhimdir. Vüsal Azərbaycan müasir incəsənət platformasının tanınan nümayəndəsidir.
Vüsal Rəhim öz yaradıcılıq praktikasında, müxtəlif sahələri istifadə edərək fərdi mübarizə, gender bərabərliyi və sosial problemləri araşdırmaqla, konseptual və müasir incəsənəti birləşdirir. Gəncədən olan, hazırda isə Bakıda fəaliyyət göstərən Vüsal Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Teatr və dekorativ dizayn fakultəsində təhsil alıb və maraq dairəsi əsərlərində əks olunub; bütün layihələri – istər rəsmlər, videosənət və heykəltəraşlıq – insanlar və onların həyat hekayələri ətrafında cəmləşib; onları emosional və cəlbedici qılır. Professional şəkildə səhnə və geyim dizayneri işləyərkən rəssam sənət əsərlərini dünya miqyasında, o cümlədən Rusiya və ABŞ kimi ölkələrdə nümayiş etdirib.
Vüsalın yaradıcılığında kişiliyin və qadınlığın sosial konstruksiyaları, həmçinin insan ruhunun yaşadığı bədənin qoyduğu çərçivələrdən kənara çıxmaq cəhdinin təcrübəsi araşdırılır. Onun teatral təcrübəsini yaratdığı əsərlərin və videosənətin içində gizlənmiş simvolizm və estetika vasitəsi ilə sezmək olur. Qədim Azərbaycan mifologiyasından ilhamlanan rəssamın rəsmlərində, heykəllərində və videoəsərlərində tez-tez güclü qadın obraızını görmək olar.
Onun yuxarıda qeyd olunan çoxşaxəli yaradıcılığından əlavə, Vüsal artıq bir ilə yaxındır ki, VarYox ailəsinin bir üzvüdür. O, əsasən Mədəni Niyyət xeyriyyə layihələrinin kurasiyası ilə məşğuldur. 2018-ci ildə VarYox komandasının Xınalığa səfəri zamanı, Vüsal Rəhim də bu aktiv fəaliyyətin bir hissəsi olmuşdu. Onun bu səfərdən sonra VarYox komandası tərəfindən yaranan Dağların Başı layihəsi ilə bağlı da təklifləri olmuşdu. Əsas təkliflərdən biri, Xınalıq icmasının tarixdən bu günə gələn ənənəvi toxuculuq yaddaşından istifadə edilərək, çoxçeşidli toxuculuq məhsullarının istehsalını həyata keçirməkdir. Məqsəd Xınalığın ətrafında bitən qiymətli çay bitkilərini toplayaraq, onları Xınalıq xanımlarının toxuduğu qədim naxışlarla bəzədilən toxunma paketlərdə satışa təqdim etməkdir.
Bundan başqa Vüsal, Dağların Başı art festivalı üçün də öz yaradıcılıq əsəri olan “Bacarasan” adlı performansını da təqdim edəcək. O, bu performansı üçün xeyli vaxtdır ki çalışır.
Ümumilikdə isə 21 günlük art rezidensiya və festival çərçivəsində Vüsal da bir çox tədbir və vörkşopların yaxından iştirakçısı olacaq.
- Daha əvvəl amerikalı kurator Lesli Qrey-in Şəkilçəkən rubrikasında Vüsal Rəhim haqqında yazdığı yazını oxuyun: Vüsal Rəhim.
- VarYox və Turizm Agentliyinin ortaq layihəsi olan Dağların Başı – Xinalig edition haqqında yazdığımız yazını oxuyun.