DokuBaku BSFF-nın beşinci buraxılışı 03 - 07 noyabr, 2021 tarixlərində Bakıda keçiriləcəkdir. İştirak etmək üçün tələsin!Ətraflı bax
Bugün 74-cü Kann Film Festivalı başlayır! Nəhayət, 1 il sonra kino sənayesi yenidən özünə qayıdır və bizə dünya rejissorlarının yeni filmlərini izləməyə şans verir.Ətraflı bax
II Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı builki proqramda iştirak üçün dünyanın hər yerindən sənədli film qəbulunu elan edir! Filmlərin gender mövzusunu əhatə etməsi və sənədli janrda olması mütləqdir. Ətraflı bax
İran incəsənət mühiti ilə bağlı ilk məqaləmiz bugünə qədər fəaliyyət göstərən teatrın keçdiyi dövrü əhatələyir. Sayta keçid edərək həm məqaləni oxuya, həm də İran müasir teatrlarında nümayiş olunan tamaşalardan bir neçəsini izləyə bilərsiniz.Ətraflı bax
INTERACT Online ikinci mövsümü ilə qayıdır! Bu mövsüm SSENARİ mövzusuna fokuslanıb. Ssenari sənətinin ən xırda incəliklərini öyrənmək, Oskar, Kann, Bafta və Emmi mükafatlı məhşur kinematoqrafçılardan dəyərli tövsiyələr alıb, öz ssenarini peşəkarlar tyutorla formalaşdırmaq istəyirsənsə - bu mövsüm sənin üçündür! Proqram ödənişsizdir. Master klasslarda iştirak sərbəstdir, vorkşop üçün isə 10 nəfər seçiləcək.Ətraflı bax
Müəllif Kənan Əfşar Eminli düşünür ki, seksuallığı arxa planda saxlamaqla loyallıq əldə etmək mümkün deyil. Elə bu fikri ilə başlayıb iki məşhur ekranizasiya – baş rolda ifaçı Ququşun çəkildiyi, senzuralar qoyulan “Uzun gecə" və 2019-cu il istehsalı gürcü filmi “Sonra biz rəqs etdik” haqda, həmçinin onların cəmiyyətə təsirləri barədə yazır.Ətraflı bax
Hazırda Kukla Teatrının binasında yerləşən Yuğ Dövlət Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatr mədəniyyəti, mədəni geriləmə, Azərbaycanda teatrların vəziyyəti və necə inkişaf etdirmək barədə danışır. Maraqlı və iddialı fikirlər var, izləyin! Qeyd: Bu video İkinci Qarabağ Müharibəsindən öncə çəkilib.Ətraflı bax
DokuBaku LAB sənədli film üzrə 3 həftəlik onlayn təlim proqramına qəbul elan edir. İştirak üçün əsas şərtlər maraqlı film ideyası, ingilis dili biliyi və dəqiq iştirak imkanıdır. Seçilən hər bir iştirakçı 200USD məbləğində təqaüd qazanacaq. Son müraciət tarixi 10 fevraldır. Ətraflı məlumat və qeydiyyat üçün: varyox.azƏtraflı bax
6-cı onlayn Britaniya Film Festivalı başlayır! Festivalın builki proqramında əsas diqqət qadınların qeyri-adi hekayələri üzərindədir. 22 yanvardan 22 fevrala qədər bütün filmləri Azərbaycan dilində alt yazı ilə ingilis dilində izləyə bilərsiniz.Ətraflı bax
Dünya kinematoqrafiyasının ikonlarından hesab edilən, Avropa film festivallarının "adət olunmuş" laureatına çevrilən rejissor Kim Ki-duk bir neçə gün öncə koronavirusdan vəfat edib. Filmlərində toxunduğu mövzulara görə Cənubi Koreyada öz həmvətənləri, əsasən qadınlar tərəfindən ittihamlara məruz qalan rejissorun yaradıcılığı haqda ətraflı saytımızdan oxuya bilərsiniz.Ətraflı bax