Nərgiz İbrahimova – Dağların Başı / Xinalig Edition

 Nərgiz İbrahimova – Dağların Başı / Xinalig Edition

Nərgiz İbrahimova 1991-ci ildə Bakıda anadan olmuşdur. 2012 ci ildə Azərbaycan Dövlət Memarlıq Universitetini bitirən Nərgiz, bu müddətdə fərqli ölkələrdə memarlıq və reklam sahəsində bir çox müsabiqə və vörkşoplarda iştirak etmişdir. 19 yaşından həm qrafik dizayner, həm də PR və marketinq sahəsində işləyir.

 

Hal-hazırda Ninka cards şirkətinin rəhbəri olan Nərgizin üzərində işlədiyi layihələr Azərbaycan mədəniyyətinə həsr olunub. Memar dostu Rəcəb Əliyev ilə birlikdə hal-hazırda Xınalıqda, “Dağların Başı” lahiyəsində iki fərqli vörkşop üzərində işləyir.

 

Vörkşop çərçivəsində, onlar ilk olaraq yerli əhaliyə dağlarda bitən gülləri və epoksid adlı maddəni istifadə edərək bəzək əşyaları hazırlamağı öyrədir.

 

 

 

Onlar eyni zamanda gələcəkdə yerli camaatın öz əl işlərini sata bilməsi üçün nəzərdə tutulmuş teleskop meydançasının tikintisini də planlaşdırır. Festival zamanı isə bu meydança səhnə kimi istifadə olunacaq. Nərgiz və Rəcəb hal-hazırda səhnə kimi istifadə olunacaq meydançanın tikintisi üzərində işləyir.

 

 

Nərgiz İbrahimova

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir