Tags : Xəbərlər

COVİD-19 pandemiyası ilə bağlı sorğu

Ta(r)dino 6 İncəsənət Platforması hazırkı vəziyyətlə bağlı sənət adamlarının ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə sorğu tərtib edib. Doldurulan sorğunun nəticəsi olaraq sənətçilərin bir-birinə dəstək olmaq, həmçinin, dövlətin iqtisadi-sosial yardım paketindən yararlanmaq nəzərdə tutulub.Ətraflı bax

Açıq dəvət: “Sürətlə irəli: Fotoqrafiyada qadınlar”

Tiflis Fotoqrafiya və Multimedia Muzeyi Gürcüstanda 19-20 sentyabr 2020 tarixində "Sürətlə irəli: Fotoqrafiyada Qadınlar" adlı konfransı elan edir. 11-ci Tiflis Foto Festivalının əsas hadisəsi olacaq bu beynəlxalq konfransda əsas məqsəd qadın fotoqrafların işlərini və tarixlərini araşdırmaqdır. Ətraflı məlumat və son müraciət tarixi linkdə.Ətraflı bax

Odessa Foto Günləri Beynəlxalq Festivalına açıq dəvət

6-cı Odessa Foto Günləri Beynəlxalq Festivalı 23-26 aprel 2020-ci il tarixində Ukraynada, Odessa şəhərində keçiriləcək. Festivalın bu ilki mövzusu “Who Is Next To You” (“Yaxınındakı kimdir?”)-dir. Əsas sərgidə iştirak etmək üçün son müraciət tarixi: 01.03.2020Ətraflı bax

One World Film Festival təhsil səyahətinə çağırış

“One World Film Festival”ı çərçivəsində Çexiyanın Praqa şəhərinə 7-15 mart 2020-ci il tarixində təhsil səyahəti təşkil olunur. Mərkəzi Asiya ölkələri və Azərbaycandan olan gənc sənədli film rejissorları axtarılır. Qalmağa yer, qidalanma, sığorta və digər səyahət xərcləri qarşılanır. Son müraciət tarixi: 25.01.2020Ətraflı bax