Yaradıcı şüurun formalaşması tarixində istər ənənələrin hakim olduğu, istərsə də yaradıcılıq prosesinin əsas dəyəri olan innovativliyə üstünlük verildiyi dövrlər olmuşdur. Ənənənin düzgün təfsiri və yenilikçi fikirlərin ortaya çıxması yaradıcılığın genişlənməsində hərəkətverici qüvvədir. Bədii düşüncələrin inkişafı ənənə və yenilik arasında davamlı qarşılıqlı əlaqə sayəsində baş verir.
Bu əlaqə Mountains of Tongues ilə birlikdə təşkil olunan Caucasus All Frequency (Qafqazdakı Bütün Tezliklər) Festivalının əsas ideyasını təşkil edir. Köhnə və yeni arasında dialoq yaratmaq məqsədi ilə təşkil olunan festival Qafqazdan gələn ənənəvi musiqiçilərin və Azərbaycan, Gürcüstan, Macarıstandan olan yerli və beynəlxalq eksperimental musiqiçilərin birgə səyləri nəticəsində baş tutacaq. VarYox tərəfindən Dövlət Turizm Agentliyi ilə birlikdə təşkil edilən Xınalıqdakı Art Rezidensiyası layihəsinin bir hissəsi olan bu festival mədəniyyətlə əlaqəni itirmədən yaradıcılığı təşviq etmək üçün misilsiz bir fikir ortaya qoyur. Yəni – ənənə yolu ilə yenilik.
Qafqazın ən yüksək yaşayış ərazilərinin gözəgəlimli mənzərələrinin fonunda çıxış edən musiqiçilər dinləyicilərini onlar üçün hələ uzun müddət davam edəcək mədəni və eksperimental təcrübə dünyasında qonaq edərək musiqinin möhtəşəmliyini üzə çıxaracaqlar. Seminarlar və ustad dərsləri isə əlavə olaraq musiqiçilərin öz yaradıcılıqlarının kontekstini çatdıra biləcəkləri və dinləyicilərin əsas suallarına cavab verəcəkləri bir təcrübə olacaqdır.
Cümə, 6 sentyabr
Festivalın ilk günü yerli musiqi ilə tanışlıq kursu olaraq başlayır, daha sonra Xınalıq dilində qeyri-adi poeziya ifası ilə davam edir. Sonrakı çıxışlar festivalın konsepsiyasını əks etdirir, çünki macar musiqiçi Balazs Pandi eksperimental və xalq musiqisinin miksində Qubadan gələn zurna ifaçıları ilə müşayiət olunur. Daha sonra isə Rəhman Məmmədlinin ecazkar gitara ifasında xalq musiqisi Həzi Kərimin elektron araşdırmaları ilə davam edərək eksperimental musiqiyə keçid alacaqdır.
Şənbə, 7 sentyabr
Festivalın ikinci gününə “Gitara” filmi və şəxsi musiqi uğurları haqqında danışacaq Rəhman Məmmədli ilə başlayan məşğələlərlə davam edirik. Elektron musiqiçi Tornike Margvelashvili səs və modul sintezi haqqında danışacaq, sonra Balazs Pandi vinil DJ setinin müşaiyətində beynəlxalq caz və vinil kolleksiyasını müzakirə edəcək. Son olaraq Aşıq Nargilənin ifasında məşhur bir dastan və Anchiskhati Xor Triosunun ifasında gürcü polifoniyasından seçmələrlə müşaiyət olunan konsert baş tutacaq. Onların ardınca yerli ifaçı Həzi Kərim, zərb alətləri ifaçısı Fərdi və pianoçu Anar Keytarmandan ibarət Master Unit qrupu çıxış edəcək. Tornike Margvelashvile, klassik bir Azərbaycan səssiz filminə canlı improvizə səsləndirməklə günü yekunlaşdıracaq.
Bazar günü, 8 sentyabr
Üçüncü gün Aşıq Nargilənin yaradıcılığının tarixi və mədəni hissəsi haqqında ümumi müzakirə ilə başlayır. Digər bir seminar yerli musiqiçi Həzi Kərim tərəfindən təqdim edilən səs və səs avadanlığı ilə tanışlıqdan ibarət olacaq. Gürcüstandan olan Dato Şuqliaşvili vokal polifoniyası və mövcud üslublar üzrə kiçik təlim keçəcək. Ayaz Əliyev – digər bir yerli sənətkar öz musiqisinin xarakteri və bəstələri haqqında danışacaq. Son gün Xınalıq camaatı və iştirakçılara qısa bir təşəkkür çıxışı ilə yekunlaşacaq, ardınca festivalda iştirak edən musiqiçilərin birgə çıxışları, Xınalıqda yaranan əsərlər, həmçinin Pərvanə Persiani və Ayaz Əliyevin sintezatorla yaratdıqları əsərlərdən ibarət canlı konsertləri ilə festival başa çatmış olacaq.
Hər günün sonunda musiqiçilərin çıxışlarının yekunu olaraq Salaam Cinema-nın təşkilatçılığı ilə hazırlanan filmlərin nümayişi, həmçinin musiqidə bədii düşüncə və yaradıcılığa dair müzakirələr olacaqdır. Festival boyunca yarmarkalar və Highflyoga-nın yoqa və meditasiya seansları da olacaq. Bu konsepsiyanın Azərbaycanda bənzəri olmamasını elan etməkdən məmnunluq duyuruq, həmçinin xalq və eksperimental musiqi ifaçılarının bir araya gələrək kollektiv bir iş təqdim etmələri üçün bir platforma təmin etdiyimizə çox şadıq. Mədəniyyət baxımdan zəngin bir ərazinin sehrli atmosferi və layihəni həyata keçirməkdə əməyi olan bütün insanların yaradıcı töhfələrindən ilhamlanaraq Caucasus All Frequency (Qafqazdakı Bütün Tezliklər) festivalında hamını gözləyirik..
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.