Lost in Karabakh

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq ərazi iddiaları və etnik təxribatları ilə başladı. 1987-1989-cu illərdə 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından qovuldu. 1992-ci ildə baş verən müharibə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarının 20%-ni işğal etdi.

“Lost in Karabakh” fotoqraf Sitarə İbrahimbəylinin Dağlıq Qarabağ müharibəsinə həsr etdiyi “Frozen Conflict” layihəsinin bir hissəsidir. Bundan əlavə “The Edge”, “Veterans”, “Refugees” və “Exchange villages” işləri də bu silsiləyə daxildir. Hər bir foto müharibə zamanı itkin düşmüş insanların ailələri və dostları üçün əbədi qalacaq həyatından bir hissəni əks etdirir. Onlar doğmalarının yolunu hələ də gözləyən atalar, analar, qızlar, oğullar, bacılar və qardaşlar üçün çox dəyərli əsərlərdir. “Lost in Karabakh”ın göndərilməmiş məktubları, sənədləri, şəhadətnamələri, vəsiqələri, saatları, geyimləri, hərbi formaları sözün əsl mənasında səssizdir. Lakin bu sükutda dəhşətli müharibənin qanayan və sağalmayan yaralarının naləsi var.

Fotolar Sitara İbrahimbəyliyə itkin düşmüş insanların yaxınları tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsində təqdim edilib. “Frozen Conflict” layihəsi 6-cı Moskva Müasir İncəsənət Biennalının xüsusi proqramı çərçivəsində, Triumph Qalereyasında, Manege Muzey və Sərgi Assosiasiyasının “Our Land/Alien Territory” sərgisində, 56-cı Venesiya Biennalının İran Pavilyonunda nümayiş olunmuşdur. Sitaranın bu fotoları əməkdar artist İsfar Sarabskiyə təqdim etməsindən sonra musiqiçi “The Edge” adlı musiqisini bəstələyib.

“Frozen Conflict” seriyasının bütün fotolarına buradan baxa bilərsiniz.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.