Tags : Musiqi Məsləhətləri

Musiqi

Ya Tosiba – Love Party (2017)

Hamıya tanış olan “meyxana” janrı maraqlı dəyişikliklər yaşayır. Və əgər Üzeyir öz bəstələrini şəxsən yığaraq, məhz həmin dəyişiklikləri intuitiv səviyyədə edirsə, Ya Tosiba bu janrı daha detallı gözdən keçirir və üzərində işləyir. Zuzu Zakaria adlı gözəl azərbaycanlı xanım ən azı türkdilli toplumda səs-küyə səbəb olub. Belə ki, onun meyxanaya marağı dinləyici olmaqdan o tərəfə keçir və Zuzu Zakaria Türk elmləri Ətraflı bax

XodVer

JIVA – Cəmilə Həşimova

80-90-ci illərdə Azərbaycan pop-estradası müxtəlif ideyalarla, müğənnilərlə, komandalarla və prodüserlərlə zəngin idi. RAST-ın Avropa harmoniyası ilə milli musiqi ruhunu özündə birləşdirən mahnıları, Aygün Kazımovanın əsl Azərbaycan romantik pop musiqisi pop-estradamızın ən parlaq nümunələrindəndir. Lakin  sonra nə isə baş verdi və Azərbaycanın pop mədəniyyəti onilliklər sürən durğunluq dönəminə qədəm qoydu. Getdikcə yaxşı və keyfiyyətli treklər azalmağa başladı. TəəssüƏtraflı bax

XodVer

Violet Cold – Sommermorgen (2018)

Emin Quliyevin heç bir xüsusi musiqi təcrübəsi olmasa da embient, elektronik, atmosferik qara metal kimi bir-birinə zidd olan janrları məharətlə pərçimləmişdir. Özünə xas səsi olan bu qrup səs yazma və aranjmandan tutmuş, skrim və qadın vokallarına qədər hamısında şəxsi əməyin olması və ortaya mükəmməl işlər çıxarması ilə unikal hesab olunur.Ətraflı bax

XodVer

Ulver – Perdition City (2000)

Ulver Kristofer Riqq tərəfindən yaradılan norveçli eksperimental musiqi kollektividir. 1993-cü ildə “Vargnatt” albomu ilə debüt edən qrup özünü əsl Norveç qara metal kollektivi kimi təsdiqlədi. Bundan sonra Kristofer öz musiqi duyumu ilə bağlı vəhşi tədqiqatlara başlamasaydı, hər şey qaydasında gedirdi. İllər keçir, Ulver sərt amma melodik qrim qara metal ifasına davam edirdi. Bir müddət sonra […]Ətraflı bax

Musiqi

Mehliana – Taming the Dragon (2014)

Bred Meldau amerikalı caz pianist və bəstəkardır. Melodik improvizasiyanın ustası olan Bred Meldaunun əsərləri geniş təxəyyülü, zəngin duyğu spektrini özündə birləşdirir. O, nadir musiqiçilərdəndir ki, improvizələrində həmişə melodikliyə rast gəlinir, hətta hazırlıqsız “qeyri-caz” qulaq belə, çox böyük zövqlə o musiqiləri qəbul və həzm edir. Onun yaradıcılığına caz standartları, müəllif əsərləri, həmçinin “mövzuya dair improvizasiyalar” daxildir. […]Ətraflı bax

Musiqi

Machinedrum – Vapor City (2013)

Machinedrum amerikalı prodüser Trevis Stüartın səhnə təxəllüslərindən biridir. Trevis lap uşaq vaxtından “qəribə” musiqiçilərin əhatəsində olduğu üçün, artıq gənclik dönəmində müxtəlif musiqi janrları ilə tanış idi. O, həmçinin, marş və yürüşlərdə məktəb qrupunun tərkibində barabanda və afrikan musiqi ansamblında djembe-də (Afrikanın yerli musiqi aləti, baraban) ifa etməyə imkan tapmışdı. Machinedrum-ın yaranma tarixi Trevisin məktəbi bitirdiyi […]Ətraflı bax