DokuBaku Festivalı münsiflər heyətinin üzvlərini elan edir

 DokuBaku Festivalı münsiflər heyətinin üzvlərini elan edir

21-25 sentyabr 2022-ci il tarixlərində keçiriləcək DokuBaku Beynəlxalq Sənədli Film Festivalı  6-cı buraxılışı üçün müxtəlif ölkələrdən on beş ekspertdən ibarət  beynəlxalq münsiflər heyətini elan edir. Münsiflər filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: Ən Yaxşı Tammetrajlı Sənədli Film, Ən Yaxşı Qısametrajlı Sənədli Film və Əsas Müsabiqədən Kənar.

Hər kateqoriya üzrə filmlər təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bu il münsiflər heyətinə tanınmış sənədli kinorejissorlar, kino və foto dünyasının  nümayəndələri daxildir. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNİCEF mükafatının laureatı, Fransanın Milli Fəaliyyət Ordeni sahibi Reza Deqati və EMMY mükafatı laureatı, Oskar mükafatına namizəd olan prodüser Kirstin Barfod var.

Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və senaristi, bir çox festival kino mükafatlarının laureatı Pavel Lozinskidir. O, özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.

Səsvermə proseduru onlayn və şəxsən baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək. Qaliblər festival günlərində elan olunacaq.

DokuBaku Azərbaycanda ilk və yeganə müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır. 2017-ci ildə təsis edildiyi gündən bəri festivalın məqsədi beynəlxalq proqramda dünyanın hər yerindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdən ibarətdir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir