Bu gün Azərbaycanda xalça rəssamlığı deyəndə ağla gələn ilk rəssamlardan biri Faiq Əhməddir. Faiqin xalçaya olan unikal estetik yanaşması rəssama eləcə də dünya miqyasında şöhrət gətirib. Bakıda yaşayan rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakultəsinin məzunudur. 2007-ci ildə Faiqin əl işi Venesiya bienalı çərçivəsində Azərbaycan pavilyonunda nümayiş etdirilmiş və 2013-cü ildə o, İslamın vizual ənənələrindən ilhamlanmış müasir incəsənət əsərlərinə verilən prestijli Viktoriya və Albert Muzeyinin (London, Böyük Britaniya) “Jameel” mükafatına layiq görülmüşdür. Eləcə də dünyanın bir çox adlı-sanlı muzeylərində və bir çoxlarının şəxsi kolleksiyasında onun əsərlərini görmək mümkündür.
Faiq Əhməd daha əvvəl VarYox-un təşkil etdiyi festivallarda və görüşlərdə iştirak etmişdir. Hal-hazırda VarYox və Turizm Agentliyinin ortaq layihəsi olan Xınalıq proyektində isə Faiq öz nəzəri təcrübələrini Xınalıq icması ilə bölüşəcək. Rəssamın xalça ənənələri ilə bağlı olan dərin bilgisi və eləcə də yerli əhalinin ənənəvi xalça bilgisinin birləşməsi nəticəsində ortaya yeni gözəl işlərin çıxacağına inanırıq. Layihə boyunca Faiq digər rəssam və memarlarla birgə vörkşoplarda da yaxından iştirak edəcək.
- Daha əvvəl amerikalı kurator Lesli Qrey-in Şəkilçəkən rubrikasında Faiq Əhməd haqqında yazdığı yazını oxuyun: Faiq Əhməd.
- VarYox və Turizm Agentliyinin ortaq layihəsi olan Dağların Başı – Xinalig edition haqqında yazdığımız yazını oxuyun.