Ajax Loading Image

Cenevrə Musiqi Konservatoriyasında təhsil almaq hüququ qazanan və Azərbaycanı dünyada təmsil edə biləcək Ləman Seyidovaya orada yaşamaq xərclərinin qarşılanması üçün ölkəmizin xeyriyyəçilərinin koməyi əhəmiyyətlidir.

 

VarYox komandasının Xınalıq kəndinə səfəri zamanı “Xınalığın Aynurəsi” – kənddə ali təhsil haqqını qazanan ilk qız – ilə başlanılan #qızoxusun kampaniyası Aynurə üçün bütün təhsil haqqının əldə edilməsi ilə nəticələndi. Bu vaxt ərzində “Qız Oxusun” adlı sosial video çəkildi və Bakı Beynəlxalq Qısa Filmlər Festivalında ən yaxşı sosial çarx seçildi.  Daha sonra isə Bərdə şəhərindən Nigar Hacıyevanın təhsilini davam etdirməsi üçün lazım olan məbləğ tam olaraq toplanıldı. Bu kampaniyanın əsas məqsədi gələcəkdə faydalı ola biləcək qızlara qazandıqları təhsil hüquqları barədə köməklik etməkdir.