4-cü DokuBaku Beynəlxalq Sənədli Film Festivalı bu il çox fərqli olacaq!

 4-cü DokuBaku Beynəlxalq Sənədli Film Festivalı bu il çox fərqli olacaq!

DokuBaku dünyanın cəsarətli sənədli film yaradıcılarını, kövrək insan təcrübələrini və kino incəsənətinin istedadlı ifadə tərzlərini Azərbaycanda bir araya gətirən müstəqil beynəlxalq sənədli film festivalıdır. Bu il 4-cü DokuBaku Beynəlxalq Sənədli Film Festivalı “Dəyişikliklər” mövzusu altında online keçiriləcək.

2020-ci ildə hər şey qəfildən dəyişdi. Bu dəyişiklik dünya əhalisini, onların mədəni yaşam tərzlərini, adət etdiyimiz iqtisadiyyatı, bütün dövlətləri və başqa ünsürləri gözlənilməz eniş-yoxuşlara vadar etdi. DokuBaku da bu dəyişikliklərdən kənar qalmadı. 26 oktyabr – 1 noyabr 2020 tarixində baş tutacaq festival 30 noyabr – 6 dekabr tarixlərinə dəyişdirildi.

1 həftə onlayn davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada  36 film nümayiş olunacaq. Festival filmləri izləmək istəyən hər kəs platformada qeydiyyatdan keçərək günün istənilən saatı ödənişsiz izləyə biləcək. Festivalın icraçı direktoru, sənədli film rejjisoru Oktay Namazov deyir ki, azərbaycanca və ingiliscə altyazı ilə online nümayiş sənədli filmləri izləyici üçün daha əlçatan edir.

Bu il festival 53 ölkədən 250-dən çox film qəbul edib. Uzun seçim prosesindən sonra həm tammetrajlı, həm qısa metrajlı, həm də yerli filmlər arasından ən layiqliləri seçilərək yerli auditoriya üçün hazırlandı. Beynəlxalq və yerli mütəxəssislərdən ibarət  jüri heyəti 4 kateqoriyada qalibləri seçəcək.

Festivalın rəsmi proqramı ilə dokubaku.az saytında tanış ola bilərsiniz.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir