“Nargis”-in eksklüziv fotosərgisi

 “Nargis”-in eksklüziv fotosərgisi

Qadınlar, Uşaqlar və Rifah: “Nargis”-in eksklüziv fotosərgisi

 

27 iyun tarixində Bakı şəhərində Müasir İncəsənət muzeyində Azərbaycan qadınlarına həsr olunmuş unikal fotosərgi açılmışdır.

 

“Nargis” jurnalının fondunun Samsung Electronics Unilever tərəfindən maliyyələşdirilən sosial layihəsi çərçivəsində yeddi fotoqraf  – Leyli Ələkbərova, Mələk Bayramlı, Mehparə Vaqif, Natəvan Vahabova, Səadət Qurbanova, Sitarə İbrahimbəyli Ülviyyə Mahmudova Azərbaycanın müxtəlif guşələrindən olan qadınların həyat tərzini əks etdirən çəkilişlər etmək üçün Bakıdan Lənkərana, Lahıcdan Qubaya qədər Azərbaycanın yeddi bölgəsini gəzmişlər. Çəkilişlər zamanı fotoqraflar ancaq Galaxy S10+ smartfonlarından istifadə etmişlər.

 

Layihə çərçivəsində “Nargis” Nəşriyyat Evinin BMT Uşaq Fondu, UNİCEF ilə əməkdaşlığı davam etmişdir. “Nargis” jurnalı iyun sayını UNICEF təşkilatının dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi fəaliyyətlərə həsr etmişdir və jurnalın üz qabığını UNICEF-in Xoş Məramlı Səfiri Türkan Şorayın əksi bəzəyir.

 

Layihənin təşəbbüskarı və ideya müəllifi “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudovadır. Layihənin baş sponsoru olan Samsung Electronics bütün layihə iştirakçılarına ən qabaqcıl Galaxy S10+ smartfonu təqdim etmişdir.

 

Kadrda qadınların gözü ilə qadınları, Azərbaycanın bölgələrində, heyrətamiz dərəcədə zəngin təbiətin qoynunda yaşayan gənc anaları görürük. Layihənin məqsədi ictimaiyyətin diqqətini bu qadınların həyat tərzinə cəlb etməkdən, onlar xalçaların sehrli naxışlarına ilmə atarkən, ya da sakit, ulduzlu gecədə beşik yırğalayarkən onların özünəməxsus məişətlərinin diqqətdən kənar qalan məqamlarını, eləcə də, qorxularını və arzularını göstərməkdən ibarətdir. Fototurların təşkilində maliyyə dəstəyi Unilever şirkəti tərəfindən göstərilmişdir.

 

Rəqəmsal çəkilişə baxmayaraq, 35 fotoşəklin hamısı vahid nüsxədədir, belə ki, bu şəkillər çap edilmiş, sonra isə, telefonların yaddaşından silinmişdir. Fərdi şəxslər bu kolleksiyadan olan eksklüziv fotoları Müasir İncəsənət muzeyində 27 iyun tarixində açılacaq və 4 iyul tarixinə qədər davam edəcək sərgidə əldə edə bilərlər. Bir fotoşəklin qiyməti 2000 manatdır. Bütün toplanılan vəsaitlər uşağın müalicəsi üçün Nargis xeyriyyə fonduna təqdim ediləcək.

 

Sərginin açılışı – 27 iyun saat 19:00. Açılış mərasiminə giriş – ancaq dəvətnamə ilə.
Digər günlər giriş sərbəstdir.

27 июня в Музее современного искусства в Баку откроется уникальная фотовыставка, посвященная женщинам Азербайджана.

 

В рамках социального проекта журнала и фонда Nargis, спонсируемого Samsung Electronics  и Unilever, семь фотографов – Лейли Алекберова, Мяляк Байрамлы, Мехпара Вагиф, Натаван Вахабова, Саадат Гурбанова, Ситара Ибрагимбейли и Ульвия Махмудова – объездили семь регионов Азербайджана, от Баку до Ленкорани и от Лагича до Губы, чтобы сделать снимки, отражающие жизненный уклад азербайджанских женщин из разных уголков Азербайджана. Во время съемок фотографы использовали только смартфоны Galaxy S10+.

 

В рамках проекта продолжилось сотрудничество Издательского дома Nargis с Детским фондом ООН, UNICEF. Ранее журнал Nargis посвятил июньский номер деятельности UNICEF в разных странах мира, обложку украсила известная актриса, Посол доброй воли UNICEF Тюркан Шорай.

 

Инициатором и идейным вдохновителем проекта выступила главный редактор журнала Nargis Ульвия Махмудова. Генеральный спонсор проекта Samsung Electronics предоставил всем участницам проекта флагманские смартфоны Galaxy S10+.

 

В кадре – женщины глазами женщин, молодые матери, живущие в регионах Азербайджана, окруженные ошеломительно богатой природой. Цель проекта заключается в том, чтобы привлечь внимание общественности к образу их жизни, запечатлеть ускользающие мгновения их аутентичного быта, представить, чего они страшатся и о чем мечтают, сплетая цветные нити в магических узорах ковра или качая детскую колыбель в тихой звездной ночи. Финансовую поддержку в организации фототуров оказал Unilever.

 

Вопреки природе цифрового снимка, все 35 фотографий существуют в единственном экземпляре, поскольку были распечатаны и затем стерты из памяти телефонов. Частные лица смогут приобрести эксклюзивную фотографию из этой коллекции на выставке в Музее современного искусства, которая откроется 27 июня и будет действовать до 4 июля включительно. Цена одной фотографии – 2000 манат. Все собранные средства будут направлены в благотворительный фонд Nargis на лечение ребенка.

Открытие выставки – 27 июня в 19:00. Вход на открытие – только по пригласительным.

Qadınlar, Uşaqlar və Rifah: “Nargis”-in eksklüziv fotosərgisi

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir