Suad Qarayeva və amerikan rəssam, aktivist, həmçinin ekoloji düşüncə və incəsənətdə praktiki yanaşmanın pionerlərindən biri Peter Fend dialoqda. Müzakirə Xəzər hövzəsi və onu qurumaqdan, Aral gölü kimi fəlakətlə üzləşməkdən necə xilas etmək barədədir. Peter Fendin alternativ enerji, biofərqliliyin qorunması, suyun davamlı idarə edilməsi, Xəzər hövzəsinə əsaslanan son araşdırması və Xəzəri necə qorumaq istiqamətində təklifləri var.Ətraflı bax
Britaniya Konsulluğunun incəsənət nümayəndələri ilə növbəti sessiyası “Film ideyaların istiqamətverici gücü kimi” mövzusunda olacaq. Məqsəd yaradıcı düşüncə tərzi və təşəbbüsün inkişafında Böyük Britaniya mədəniyyət və incəsənətinin istiqamətverici gücü haqqında geniş auditoriyanı məlumatlandırmaq, Azərbaycanda daha güclü, kommunikativ və inklüziv cəmiyyət yaratmaqdır. Unutmamaq üçün təqviminizdə indidən rezerv edin! 22 fevral 18:00Ətraflı bax
Tardino6 platformasının "Tap Talks. Cismsizlik" silsiləsindən yeni vebinar var!Ətraflı bax
Türkiyədə küçə fotoqrafiyasının istinadlarından biri olmağı hədəfləyən “TurkuazStreet” Fotoqrafiya Kollektivi 8 il ərzində toplanmış əsərlərdən ibarət yeni kitabını təqdim edir. Kollektivin üzvləri arasında azərbaycanlı fotoqraflar Tural Rəhmanlı və Rəsul Quliyev də var. Onlar da daxil olmaqla 15 fotoqrafın 150 əsərini izləmək üçün kitabı onlayn əldə edə bilərsiniz. Ətraflı bax
DokuBaku LAB sənədli film üzrə 3 həftəlik onlayn təlim proqramına qəbul elan edir. İştirak üçün əsas şərtlər maraqlı film ideyası, ingilis dili biliyi və dəqiq iştirak imkanıdır. Seçilən hər bir iştirakçı 200USD məbləğində təqaüd qazanacaq. Son müraciət tarixi 10 fevraldır. Ətraflı məlumat və qeydiyyat üçün: varyox.azƏtraflı bax
Fikirləşməyin ki, yazılarınızı oxuyan yoxdur, biz burdayıq! Platformamız və araşdırmaçı yazar Lesley Gray gənc yazıçılar üçün qrant proqramı elan edir. Məqalələr incəsənətlə bağlı müxtəlif mövzularda ola bilər. Seçim sizindir.Ətraflı bax
@ta(r)dino 6 beynəlxalq incəsənət nümayəndələri ilə onlayn mühazirələrə başlayır. İlk görüşü 25 yanvar 19:30-da izləyə bilərsiniz. Bütün tədbirlər Zoom-da azərbaycan dilinə sinxron tərcümə ilə təqdim olunacaq.Ətraflı bax
6-cı onlayn Britaniya Film Festivalı başlayır! Festivalın builki proqramında əsas diqqət qadınların qeyri-adi hekayələri üzərindədir. 22 yanvardan 22 fevrala qədər bütün filmləri Azərbaycan dilində alt yazı ilə ingilis dilində izləyə bilərsiniz.Ətraflı bax
Tardino platformasının yeni layihəsi – “Divarda İncəsənət” multimedia sənətçisi Orxan Hüseynovun əsərləri ilə İçərişəhərdə sərgilənir.Ətraflı bax
Bugün saat 19:30-da Tbilisi Fotoqrafiya və Multimedia Muzeyinin bədii rəhbəri Nestan Nijaradzenin "Fotoqrafiya - Universal Dil" mövzusunda vebinarı var! Ətraflı bax