Bir ildən artıqdır ki, fəaliyyət göstərən yerli incəsənət məkanı - Ta(r)dino6, bu yaxınlarda Wolfgang Tilmansın yaratdığı KÖRPÜLƏR ARASI (eng. Between Bridges) fondunun beynəlxalq təşəbbüssü 2020Həmrəylik (eng. 2020Solidarity) layihəsinə qoşulub!Ətraflı bax
Tags : Xəbərlər
Son günlərdə ölkədə baş verən hadisələrə görə məyus olsaq da, yaradıcı həmvətənlərimizin dünyadakı uğurlarını görmək və sizə təqdim etmək bizi qürurlandırır. Belə ki, rejissor Orxan Ağazadənin debüt layihəsi olan “Məhbus” Kann film festivalının Cinefodation La Residence-inə seçilmiş altı beynəlxalq layihə sırasındadır.Ətraflı bax
Berlinale Talents Beynəlxalq Film Festivalının əsas məqsədi film və serial sahəsində olan yaradıcı insanlara dəstək olmaqdır. İştirak üçün uyğunluğunuzu yoxlamaq və müraciət prosesi haqda ətraflı məlumat əldə etmək üçün saytımızda göstərilən linkə keçid edə bilərsiniz.Ətraflı bax
“Debüt” film studiyasının fəaliyyəti əsasən qısa və tammetrajlı bədii filmlərin istehsalına yönəlib. Studiya tərəfindən yeni yaradılan INTERACT tədris proqramında kino sahəsinə marağı olan hər kəs iştirak edə bilər. Proqramın əsas mühazirəçiləri dünya film sənayəsində nüfuzlu yerə sahib olan Andrey Zvyaqintsev, Anna Qudkova və Matyö Darrasdır.Ətraflı bax
Komandamız 1 il ərzində 40 Azərbaycan rəssamının əsərlərini kitab halında bir araya gətirdi. İlk müasir incəsənət nümunəsi olan kitab digital formatda toplanıb və artıq çapa hazırdır. Bəs sizin kitabxananızda bu kolleksiya üçün xüsusi yer var?Ətraflı bax
Dünya şöhrətli cazmen Vaqif Mustafazadənin anadan olmasının 80 illik yubileyi münasibətilə onun əsərləri bu dəfə fərqli formatda cazsevərlərə təqdim olunur. Ətraflı bax
Ta(r)dino 6 incəsənət platforması "Mikro-komissiyalar" layihəsində 8 gənc rəssama incəsənət fəaliyyətini inkişaf etdirmək məqsədi ilə dəstək oldu.Ətraflı bax
Rəssam Əli Həsənovun yeni layihəsini təqdim edirikƏtraflı bax
Azərbaycan Fransız Universitetinin tələbələri maraqlı onlayn layihələrə start veriblər. “Lucent” adlı onlayn jurnal kreativ tələbələri birləşdirmək və təqdim etmək məqsədilə yaradılıb. Digər bir layihə isə xəstə və yaralı evsiz heyvanlara yardım və onlara qarşı mərhəmətli davranışın aşılanması yönündə maarifləndirmə məqsədilə yaradılmış Animal Care Club-dur.Ətraflı bax
Hal-hazırda dünyada ən populyar sahələrdən biri olan Qrafik Dizayn ölkəmizdə də inkişaf etsə də, Azərbaycanda bu sahə bağlı konkret bir mənbə və ya arxivə rast gəlinmirdi. Dizayner Rəsul Həsənin yay aylarında çapı nəzərdə tutulmuş “Azərbaycan Qrafik Dizayn Tarixi 1875-1990” kitabı bu boşluğu doldurmaq üçün başlanğıc olacaq.Ətraflı bax