Qunter Kennelin konserti olacaq

 Qunter Kennelin konserti olacaq

Qunter Kennel – 1961-ci ildə Vestpfaltsda doğulub və böyüyüb, 1980- cı ildən 1989-cu ilədək Münxen və Londonda Yevangelist kilsə musiqisi (A), orqan və ilahiyyət üzrə təhsil almışdır. 1989-cu ildə orqan təhsilini master-klass diplomu ilə bitirmişdir. Onun orqan müəllimləri Franz Lehrndorfer və Nikolas Kinaston olub.

 

Təhsil aldığı müddət ərzində Münxendə və 1992-ci ildən etibarən müxtəlif musiqi üslubların təbliğ edildiyi iki tanınmış konsert kilsəsi olan Berlin-Kreusberqdəki Passion kilsəsi və Müqəddəs Xaç Kilsəsində kilsə müsiqiçisi kimi fəaliyyət göstərmişdir. Bu musiqi üslubları ilə orada toplaya bildiyi təcrübələri stilistik sərhədləri və eksperimental elementləri ilə reallaşdırılan konsert proqramlarına təsir göstərir.

 

Orqan ifaçısı və dirijor kimi o, ölkəsində və xaricdə keçirilən konsertlərdən təcrübələr qazanır.

 

Konsert turları onu bir çox Avropa ölkələri ilə yanaşı ABŞ və Cənubi Afrikaya da aparıb çıxarmışdır. Bundan əlavə, çoxsaylı CD, televiziya və radio səsyazılarında iştirak etmişdir. O, bəstəkar kimi orqan və xor musiqisi sahəsində çıxış edirdi. 1 sentyabr 2002-ci ildə Qunter Kennel Berlin-Brandenburq əyalətində yerləşən qədim Yevangelist Kilsəsinə musiqi direktoru təyin olunmaqla Berlindəki Kayzer Vilhelm Xatirə Kilsəsindən orqan musiqisi ilə bağlı yeni tapşırıq aldı. 2004-cü ildən etibarən Berlin Brandenburq-SileziyaOberlausits Yevangelist Kilsəsində regional kilsə musiqi rəhbəri vəzifəsini icra edir. O, ilahiyyat doktoru olaraq 2011-ci ildən Humboldt Universitetində və Berlindəki İncəsənət Universitetində kilsə musiqisi fənnindən dərs deyir. Onun nəzəriyyəsi musiqi ilə din arasındakı əlaqənin teoloji aspektlərinə dair çoxsaylı nəşrlərin yaranması ilə nəticələndi.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir