Tags : Tədbirlər

Canli Performans

14 oktyabr Bazar ertəsi saat 19:30-da Ta(r)dino6 Gizli Məkanı və “VarYox”un təşkilatçılığı ilə canlı performans baş tutacaq. Kuratorluğunu Lesli Qreyin öhdəliyinə götürdüyü performans, Sitara İbrahimbəyli və Vüsal Rəhim tərəfindən təqdim olunacaq. Detallar xəbərimizdə ;)Ətraflı bax

Solong – Deep / Progressive

Dostlar, mərkəzdən bir az uzaqlaşmağın vaxtıdır. 13 oktyabr Bakı Beynəlxalq Dəniz Ticarət Limanında iki yerli DJ-in iştirakı ilə (Phaique və Aliot) çox maraqlı elektron musiqi tədbiri var. Biletlər, Nəqliyyat və digər bütün detallar xəbərimizdə. Gözünüzdən qaçmasın! ;)Ətraflı bax

Tbilisi Photo Festival – 2019

21 sentyabr açılışı baş tutacaq Tbilisi Foto Festivalında Azərbaycanı 8 iştirakçı təmsil edəcək. Tbilisidə olan həmyerlilərimiz, Cənubi Qafqaza işıq tutan bu mədəni tədbiri qaçırmamaq üçün əla fürsətdir!Ətraflı bax

Bakı Jazz Festivalı

Bu dəfə festival “Daha çox jazz, daha çox intellekt” şüarı altında keçiriləcək. 18-27 Oktyabr tarixlərində baş tutacaq festival, Bakının müxtəlif məkanlarında keçiriləcək. Üstəlik bu dəfə Baku Jazz Festivalı gənc talantlar üçün Open Call da elan edir! Ətraflı məlumat üçün xəbərə nəzər yetirin ;)Ətraflı bax

Qız Qalası. Qadın Olmaq

17-27 sentyabr tarixlərində Bakıda və regionlarda Əməkdar rəssam Sabina Şıxlinskayanın kuratorluğu ilə "Qız Qalası. Qadın olmaq” adlı müasir incəsənət festivalı keçiriləcək.Ətraflı bax

Tardino İstanbulda

Bu il 14-cüsü təşkil olunan “Contemporary Istanbul” yaradıcılıq satış-sərgisində, Azərbaycanı dünya üzrə səkkiz art-platforma arasından seçilib dəvət olunan “Ta(r)dino 6” təmsil edəcək.Ətraflı bax

Noor Agentliyi ilə fotoqrafiya vörkşopu

Yadınızdadırsa NOOR Agentliyinin fotoqraflarının yaxın zamanda Azərbaycana gələcəyi barəsində xəbər vermişdik. Vörkşopda iştirak etmək istəyən fotoqraflar, bu barədə yazımızı diqqətlə oxusun ;) Ətraflı bax

Bakıda Burkino Faso haqqında sənədli filmlərin nümayişi

IARA LEE Braziliya-Amerikalı film prodüseri, rejisyor və Koreyalı fəaldır. O, əsasən kütləvi mətbuatın işıqlandırmadığı OrtaŞərq və Afrikadakı problemlər üzərində işləyir. Onun filmləri Berlinale və Sundance festivallarında, həmçinin qaçqındüşərgələrində nümayiş olunub.Ətraflı bax

Təbiətə Çıxış / Into The Wild

“Into The Wild” incəsənət və musiqi festivalının başlamasına bir həftədən az vaxt qalıb! 13-15 iyul tarixlərində Nabranda, dəniz kənarında keçiriləcək festivalda musiqi, yoga, təbiət gəzintisi.. nə desəniz olacaq! Yığın çantalarınızı gedin ;)Ətraflı bax