Tora Ağabəyova / Nailə Hazell
Bir müddətlik distant görüşlərdən sonra onlar Almaniyada görüşməyə qərar verir və burada əslində hər ikisinin oxşar sənət taleyi yaşadıqları məlum olur. Sənətlərindən savayı, təcrübə etdikləri fərdi çətinliklər - məişət problemləri, mənəvi narahatlıqları da onları birləşdirirdi. Lakin bütün bu neqativ yaşantıların əhatəsində sənətin qüvvəsi onların yenidən canlanmalarında dönüş nöqtəsi olur. Dostlar eyni məkan və situasiyada bir-birlərinin portretlərini çəkməyə başlayır və bu, onların hər görüşündə silsilə yaradır. İldə bir dəfə görüşmə imkanları olduqca həmin zamanı sənətlə ifadə edir, doğma münasibətlərini yaddaşa çevirirlər. Dünyanın hansı ucunda bir araya gəlmələrindən asılı olmayaraq bu qarşılaşmalardan əsər yaradıb hiss və düşüncələri, zamanın və məkanın yansımasını yağlı
read more